Əflatun Amaşov : - ... əmək bazarı qlobal böhranların təsirinə ən tez məruz qalan sahədir

Əflatun Amaşov : ... əmək bazarı qlobal böhranların təsirinə ən tez məruz qalan sahədir

Milli Məclisin ötən plenar iclasında (13 iyun 2017-ci il) çox vacib bir qanun layihəsi müzakirə olundu. İnanıram ki, tezliklə onu qəbul edəcəyik və bu sənəd ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsində müsbət rolunu oynayacaq. Müzakirələrə mən də qoşuldlm və aşağıdakı çıxışı etdim:


"Mən də «İşsizlikdən sığorta haqqında» qanun layihəsi ilə bağlı öz fikirlərimi bildirmək istərdim. Hesab edirəm ki, bu qanun ölkəmizin əmək, ümumən sosial münasibətləri sisteminə yeni baxış, yeni nəfəs gətirəcək. Eyni zamanda qarşılıqlı məsuliyyət kateqoriyalarını dəqiqləşdirəcək. Mediadan bununla bağlı müəyyən fikirlərlə tanışam. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümovun açıqlamaları olub. Cənab nazir məsələni ətraflı izah edib.


Qanun ona görə vacibdir ki, əmək bazarı qlobal böhranların təsirinə ən tez məruz qalan sahədir. Burada sabitliyin qorunması dövlətin vəzifəsidir. Əlbəttə, ölkəmizdəki məlum böhranın fəsadları müəyyən qədər aradan qalxıb. Ancaq biz uzunmüddətli effektivliyi düşünməliyik və qanun layihəsi həm də bu baxımdan zəruridir.


Bildiyiniz kimi, ölkəmizdə qeyri-formal əmək münasibətləri problemi var. Nə qədər mübarizə aparılsa da, belə hallar qalmaqdadır. Az öncə bu qanunla sosial münasibətlər sisteminin, əmək münasibətlərinin yeni məcraya qədəm qoyacağını təsadüfən vurğulamadım. Bu sistem qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır. Layihədə açıq şəkildə göstərilir ki, qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin sayı və ya ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.


Deməli, hər bir işçi qeyri-formal əməyin rəsmiləşməsinə çalışmalıdır. Qanun layihəsi bunun üçün bir növ, stimul yaradır. İşçi düşünməlidir ki, üzləşə biləcəyi işsizliyin fəsadlarından qorunma immuniteti məhz bu qanunla tənzimlənəcəkdir. İşsizliyə görə dövlətdən hansısa imtiyaz tələbi də həmçinin.
Bütün bunlara görə də qanun layihəsindən irəli gələn məsələlərlə bağlı ictimai müzakirələr, layihə və təşəbbüslər gerçəkləşdirilməlidir. Bəli, sənəd fundamental yanaşmanın məhsuludur. Dediyim kimi, sosial münasibətlər sistemimizdə yenilikdir, indiyədək gedilməyən yoldur. Ancaq bunun detalları cəmiyyət üzvlərinə geniş şəkildə izah edilməlidir. Ciddi maarifləndirmə işləri aparılmalıdır. Nəzərə alınmalıdır ki, bir çox hallarda bilgisizlik vətəndaşı dövlətlə üz-üzə qoyur.


Çıxışımla ümumən müzakirə etdiyimiz layihənin aktuallığı üzərində dayandım. Əlbəttə, sənədə səs verəcəm. Ancaq onu da bildirim ki, orada müəyyən təkrarçılıq meylləri var. Konkret olaraq 6.2.9-cu və 7.1.2-ci maddələri nəzərdə tuturam. Sığorta edənlə sığortaçının hüquq və vəzifələri təkrar gedib. Çox güman bu, texniki yanlışlıqdır. Ancaq hər bir halda aradan qaldırılmalıdır. Deyəcəklərim bu qədər". 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !