MƏNIM YAY TƏTİLİM-2017 Respublika uşaq rəsm müsabiqəsi -

“MƏNIM YAY TƏTİLİM-2017” Respublika uşaq rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədi ilə “MƏNIM YAY TƏTİLİM-2017” Respublika uşaq rəsm müsabiqəsi elan edir.
Müsabiqə gənc rəssamların tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək məqsədi ilə həyata keçirilir.
Müsabiqəyə 15 yaşa qədər uşaqlar ən çox 3 işi ilə qatıla bilərlər. İştirak etmək istəyənlər şəxsi məlumat (ad, soyad, təvəllüd, yaşadığı ünvan və əlaqə nömrəsi), İş(lər)in adı, ölçüsü, texnikası barədə məlumatı, təqdim olunacaq iş(lər)in fotosunu 2017-cı il sentyabr ayının 10-dək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməsi xahiş olunur.
1. Facebook: Bakı Xətai Sənət Mərkəzi (https://www.facebook.com/xetaisenetmerkezi/)
2. Whatsapp: 00994 51 310 74 01
3. Email: [email protected]
4. Ünvan: AZ1025. Bakı şəhəri, Xocalı pr 62.
Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcəkdir. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək və uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını arzu edirik. Seçilmiş əsərlər sərgilənmək üçün dəvət olunacaq. Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal kollektivlər (dərnək, incəsənət məktəbi, art klub və s.) təşəkkürnamə ilə mükafatlandırılacaq.
Əsərlər Xətai Sənət Mərkəzində sərgilənəcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !