QHT şəhidlərin ahıl valideynləri üçün Qubaya istirahət turu təşkil edib - + FOTO

QHT şəhidlərin ahıl valideynləri üçün Qubaya istirahət turu təşkil edib + FOTO

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ““İkinci nəfəs” – ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində bir qrup ahıl vətəndaş üçün Quba rayonuna istirahət turu təşkil edib.


Bu barədə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova məlumat verərək bildirib ki, istirahət turunda iştirak edən ahılları səfər öncəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qəbul edilib.



Görüşdə QHT-lərin bu istiqamətdə təşəbbüslərinin Şura tərəfindən müsbət qarşılandığını diqqətə çatdıran icraçı direktor bir qrup ahılın birlikdə səfər turuna yola salınmasını xoş hadisə kimi xarakterizə edib. Fərasət Qurbanov bundan sonra da bu mövzuda olan layihələrə dəstək veriləcəyini qeyd edib.

QHT rəhbəri bildirib ki, Qubaya 3 günlük səfər turuna yollanan 11 nəfərin şəhid valideynləri və digər ahıllardan ibarətdir.
Təşkilat rəhbəri “Əlincə” Ailə istirahət Mərkəzində baş tutan səfər turunun çox yadda qalan və maraqlı olduğunu bildirib.
Beləki, Təşkilat Quba rayon İcra Hakimiyyəti ilə birgə ahıllar üçün səfərin ilk günü Quba folklor ansamblının iştirakı ilə əyləncəli tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan təşkilat sədri layihə haqqında iştiakçılara məlumat verərək bildirib ki, rəhbərlik etdiyi təşkilat ahıllar və tənhalar ilə bağlı müxtəlif tədbir həyata keçirir və bu səfər turu da məhz belə tədbirlərdən biridir.



Tədbirdə Quba Ağsaqqallar Şurasının sədri Həsən Həsənli, Şəfəq qəzetinin redaktoru Qəhrəman Qasımov, Quba rayon Veteranlar Şurasının sədri Tahir Muradov, şəhid valideynləri, eyni zamanda səfər turunda iştirak edən yaşlı insanlar dövlət tərəfindən ahıllara, şəhid ailələrin
və digər həssas sosial qruplara dövlətin qayğısını yüksək qiymətləndiriblər.


Konsert proqramında Bakıdan gəlmiş ahıl vətəndaşlar ilə yanaşı, Quba rayonunda fəaliyyət göstərən veteran və şəhid ailələri təşkilatları nümayəndələri və rayon ağsaqqalları iştirak edib.
Səfər turunda kateclərdə dincələn və şimal zonasının ləziz yeməklərinə qonaq ahıllar üçün müxtəlif əyləncəli proqramlar təşkil ölünmüş, iştirakçılar öz fərdi bacarıqlarını göstərərək, mahnı oxumuş, rəqs etmiş, şerlər səsləndirmiş və öz həyat hekayələrini paylaşmışlar.


Tur iştirakçılarının əksəriyyəti, xüsusən də şəhid valideynləri olan ahıllar bu kimi istirahət turlarında birinci dəfə olduqlarını bildiriərək, bununla bağlı təşkilata, QHT-lərə Dövlət Dəstəyi Şurasına və dövlətimiz minnətdarlığını bildirmişlər.


Təşkilat rəhbəri Ruhiyə Məmmədova layihənin dəstəklənməsi ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasına, tədbirlərin yüksək səviyyədə keçirilməsinə şərait yaratdıqlaırna və təşkilatı dəstək göstərdiklərinə görə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına və Quba rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmişdir.

 

Ruhiyyə Məmmədova
Ahıllara və Tənhalara Dəstək İB-nin sədri

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !