"ŞİDDƏT" adlı fotosərgi keçirilib -

"ŞİDDƏT" adlı fotosərgi keçirilib

12 iyun tarixində "İnkişaf Zamanı" proqramı çərçivəsində "ŞİDDƏT" adlı fotosərgi keçirilib. Layihə rəhbəri: Nisə Rəhimova Fotoqraf: Taleh Valehov Qrim: Fəridə Abbasova olan sərgini 100-dən çox insan ziyarət edib. Qeyd edək ki, "Şiddətə yox" adlı layihə çərçivəsində keçirilən sərginin başlıca məqsədi cəmiyyətimizdə baş alıb gedən və minlərlə insanın zərər çəkməsinə səbəb olan fiziki şiddətin qarşısını qisməndə olsa almaq, bu kimi halların insan psixologiyasına göstərdiyi təsirləri qabardaraq insanları şiddət göstərməkdən daşındırmaqdan ibarətdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !