ADU-nun rektoru Kamal Abdulla Litva səfiri və yazıçısı ilə görüşüb - + FOTO

ADU-nun rektoru Kamal Abdulla Litva səfiri və yazıçısı ilə görüşüb + FOTO

İyunun 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas, məşhur litvalı yazıçı və ədəbiyyatşünas Tomas Venslova və onun xanımı Tatyana Venslova ilə görüşüb.


Qonaqları salamlayan rektor K.Abdulla Litva universitetləri ilə əməkdaşlıq perspektivləri barədədanışıb və bu istiqamətdə konkret işlər görüləcəyini bildirib. Litva ilə bağlı təəssüratlarını bölüşən K.Abdulla bu ölkə ilə əlaqəli “Korneliusun ölümü” hekayəsini xatırladıb.


O, ADU-da Litva dili və Mədəniyyəti Mərkəzinin, Litva universitetlərinin birində isə Azərbaycan Mədəniyyəti Mərkəzinin açılmasını, eləcə də ADU-da Litva Mədəniyyət gününün keçirilməsini təklif edib. Təklif qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


Səmimi qəbula görə təşəkkür edən səfir V.Lastauskas iki ölkə arasında əlaqələrin inkişafından söz açaraq Litvada azərbaycanlı tələbələrin də təhsil aldığını söyləyib. O, Litvada litva dilində danışan azərbaycanlı tələbələri görməyin sevindirici hal olduğunu qeyd edib.


Öz növbəsində litvalı yazıçı T.Venslova Azərbaycanla bağlı xatirələrini bölüşüb. 50 il öncə Bakıya gəldiyini deyən yazıçı müasir Bakının büsbütün dəyişdiyini və insanı heyran etdiyini vurğulayıb.
Daha sonra yazıçı T.Venslova ADU-nun professor-müəllim heyəti ilə görüşüb və şəhid tələbəmiz Ülvi Bünyadzadənin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılmış açıq muzeylə tanış olub.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !