" Balaca Rəssamların Böyük Xəyalları " adlı sərgi keçirildi - + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

" Balaca Rəssamların Böyük Xəyalları " adlı sərgi keçirildi + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Gun Art studionun qurucusu Günel Qafarovanın 14 tələbəsinin iştirakı ilə 11 İyun 2017 ci ildə Müasir İncəsənət Mərkəzində" Balaca Rəssamların Böyük Xəyalları " adlı sərgi keçirildi. Sərgidə müxtəlif janr ve texnikalarda 80 ə yaxın əsər nümayiş olundu . Sərginin açılışını Azərbaycanın Xalq Rəssamı Ağaəli İbrahimov etdi.

 

Ölkəmizin İncəsənət sayəsindəki uğurlarından söz açdı, gələcəyin rəssamları olan körpə balalara yaradıcılıq yolunda uğurlar arzu etdı ve öz dəyərli məsləhətlərini verdi. Daha sonra sözü Azərbaycanın İncəsənət Xadimi, Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Ziyadxan Əliyevə verdi. Ziyadxan müəllim də gənc rəssamlara öz dəyərli məsləhətlərini verdi və bu cür sərgilərin tez-tez kecirilməsinin vacibliyini qeyd etdi. Sonra digər qonaqlar tanınmış kulturoloq Çingiz Abdullayev və Tarix üzrə Fəlsəfə Doktoru, rəssam Səyyar Əliyev öz ürək sözlərini dedi.

 

Sonda Günel xanım Qafarova çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirdi və öz tələbələrinə yaradıcılıq uğurları arzuladı. Daha sonra kollektiv xatirə şəkili çəkildi və sərgiyə baxiş oldu. Sərgidə numayiş olunan əsərlər gələn qonaqların böyük maraqına səbəb oldu.İştirakçılara Rəssamlar İttifaqı adindan sertifikatlar təqdim olundu.

 

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !