Gənc şairənin ilk kitab təqdimatı baş tutdu - + FOTO

Gənc şairənin ilk kitab təqdimatı baş tutdu + FOTO

Ötən gün gənc və istedadlı yazar Ülkər Piriyevanın müəllifi olduğu "Fikir qayıqları" adlı ilk kitabının təqdimatı baş tutub. Müəllifin oxucularla ilk görüşü olan bu kitabda müxtəlif mövzulara həsr edilmiş şeirlər və publisistik yazılar toplanıb.


"Fikir Qayıqları" ilə söz ümmanına səyahətə çıxacaq oxucular Ülkərin istər məhəbbət istər dostluq istərsə vətənpərvərlik haqqında duyğuları ilə tanış oldular.


Xatırladaq ki, kitab təqdimatında kitabla yanaşı Ülkər Piriyevanın səsləndirdiyi şeirlərdən ibarət "Fikir qayıqları" adlı CD şeirlər albomu da təqdim edilib.


Təqdimat mərasimində nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı, professor şair Elçin İsgəndərzadə, Azərbaycanın əməkdar artisti aktyor və qiraətçi Azad Şükürov, İctimai Yayım Şurasının sədri Azad Həsrət, Vision TV rəhbəri Elvin Abbasov, DİN- Əntiqə Qonaq və digərləri iştirak etmişlər.

 

 

Kamran Nur  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !