ADU-nun rektoru könüllü tələbələrlə görüşüb - + FOTO

ADU-nun rektoru könüllü tələbələrlə görüşüb + FOTO

İyunun 8-də Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla IV İslam Həmrəylik Oyunlarında iştirak edən könüllü tələbələr, eləcə də akademik borcu olan tələbələrlə görüşüb.
Mötəbər beynəlxalq tədbirdə könüllü fəaliyyət göstərən tələbələrə Azərbaycanın ictimai həyatında fəallıq göstərərək ölkənin inkişafına töhfə verdiklərinə, dünya miqyasında tanıdılmasında yaxından iştirak etdiklərinə görə təşəkkür edən rektor K.Abdulla ADU-nun böyük potensialının olduğunu xatırladıb. O, IV İslam Həmrəylik Oyunlarında universitetdən 1000 nəfər tələbənin könüllü kimi iştirak etdiyini, onlara imtahan sessiyasındagüzəştlər oluna biləcəyini bildirib, akademik borcu olan tələbələr üçün yay məktəbinin ödənişsiz təşkil olunacağını deyib.
Görüşdə tədris prosesi, imtahan sessiyası, ikinci xarici dilin tədrisi və s. məsələlər ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !