"Bacarıqlı Əllər" tanıtım-sərgi aksiyası -

"Bacarıqlı Əllər" tanıtım-sərgi aksiyası

Sizi 10 və 11 İyun tarixlərində, saat 10:00-22:00 aralığında "Youth Inc." Sahibkarlıq Proqramının rezidenti olan "Ozal.az" şirkətinin təqdimatıyla baş tutacaq "Bacarıqlı Əllər" tanıtım-sərgi aksiyasını işıqlandırmağa dəvət edirik.

 

Sərginin təşkilində məqsəd əl işləri ilə məşğul olan insanlara öz işlərini nümayiş etdirərək, vahid platforma olan www.ozal.az saytı üzərindən çox rahat şəkildə satışını təmin etməkdir.

 

Siz bura gələrək orijinal, yaradıcı işlərin zərifliyinə tamaşa edə, onlarla yaxından tanış ola bilərsiniz.

 

"Bacarıqlı əllər"in təqdim etdiyi bir-birindən maraqlı, toxuculuq, dekorativ sənət, rəsm, ebru sənəti, vitraj kimi master-klaslarda iştirak etmək, eyni zamanda canlı musiqi dinləmək, əl işləri olan geyimləri gözəl modelyerlərimizin nümayişində izləmək istəyirsinizsə bizə qoşulun.

 

Sərgi zamanı uşaqlar üçün hazırladığımız şou proqram, uşaq rəqs qrupunun çıxışları, face-art onların sevincinə səbəb olacaq və eyni zamanda onlar da burada əl işlərinə maraq göstərərək, öz yaradıcılıqlarını üzə çıxarmağa çalışacaqlar.

 

Sizdən bir daha xahiş edirik ki, sərginin işıqlandırılmasında bizə dəstək olasınız.

 

Tarix: 10-11 İyun 2017, 10:00-22:00
Məkan: Park Bulvar AVM, 1-ci mərtəbə.

 

Sərgidə Sizi görməyə şad olarıq!


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !