Azərbyacanlı Kaskadyorun Hollivud təəssuratları! - + FOTO ( AZpress.AZ - Minə Türksoy )

Azərbyacanlı Kaskadyorun Hollivud təəssuratları! + FOTO ( AZpress.AZ - Minə Türksoy )

AZpress.AZ İnformasiya Agenrliyinin Azərbaycanlı kaskadyor Sain Fərhadla müsahibəsindən sonra onun Hollivudda olan təlimə getməsi marağımıza səbəb olmuşdur. Çünki , İlk Azərbaycanlı olaraq belə bir təlimə dəvət alması bizim üçün sadəcə bir uğurlu addım sayıla bilər. Lakin Sain Fərhada nə dərəcə dəstək olmaq istəyən var biz onu bilməsəkdə bir media qurumu olaraq biz onun Azərbaycan adına gördüyü hər bir işdə yaxından iştirak edirik və hər zaman da dəstək olacayıq. Onun Avstraliya təlimlərindən olan təəssuratlarını sizinlə bölüşmək istəyirik . Hörmətli Sain bizə bir az təəssuratlarınızı izləyicilərimizlə bölüşə bilərsinizmi?


Sain Fərhad -Australia Stunt Academy tərəfindən təşkil olunan “Hollywood Advanced Stunt Course”-ye akademiyasının rəhbəri Colin Handley tərəfindən dəvət aldim. Dəvət məktubunda, mənim fəaliyyətimi görub və bəyəndiyini bildirmişdir və Holivud da kurslar keçhməyi və əməkdaşlıq əlaqələrini gücləndirməyi məsləhət görmüşdür.Artıq Hollivuddan qayıtmışam və təəsuratlarımı sizinlə bölüşmək istəyirəm. Təlim aldığım şəxslər isə, Hollivud filmlərində döyüş səhnələrinin xoreoqraflari, kaskadyor və aktyorlarıdır. Demək olar ki, bütün Hollivud ulduzları ilə çalışırlar. Təlim aldigim, artiq dostlaşdığım və Hollivud da olduğum müddət də evində qonaq olduğum Antony De Longisi misal çəkə bilərəm. Digərləri isə, Dale Gibson, Lane Leavitt, Scott Leva, Tony Snegoff və başqaları.


Hal hazırda, Hollivud filmlərində əməkdaşıq üçün əlaqələr gücləndirilir və müqavilə gözlənilir.


Həmçinin Oscar səviyyəsində olan Taurus Award nominasiya gecəsinə qonaq kimi dəvət aldim və dünya şöhrətli stunt cordinator'larla görşüb əməkdaşlıgımız haqqında söhbətlər etdik. Təəssüflər olsun ki, Azərbaycandan olduğumu deyəndə, heç kim tanımırdı. Ona görə də qonşu dövlətlərin adlarını deyirdim və Azərbaycanın geoqrafik olaraq harada yerləşdiyini aydınlatırdım.


Mən öz potensialıma güvənərək onu deyə bilərəm ki, əgər dəstək olarsa, Azərbaycanı dünya səviyyəsində tanıdacaq bir döyüş filmi çekib baş rolu canlandırmaqla öz sözümü deyə bilərəm .
Bir Azərbaycanlı Kaskadyorun bu təlimlərə dəvət alması, orda iştirakı belə kaskadyorlar adına bir uğurdur. Bu uğurun davamlı olması üçün ona dəstək olacaq insanlara ehtiyac duyulur. Bunda görədə Sain Fərhadı dünya səviyyəsində tanıtmaq Azərbaycan adının dünya səviyyəsində tanınması deməkdir. Sain Fərhada bu yolda uğurlar diləyirik. Gələcək müsahibələrimizi izləməyə davam edin.


AZpress.AZ, Minə Türksoy.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !