Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili - + FOTO

“Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” + FOTO

“Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Quba rayonunda “Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” layihəsinin icrasını davam etdirir.

 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

 

Quba rayonunda layihə çərçivəsində xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar üçün təlim keçirilib.

 

Təlimlərin mövzusu qədim və unudulmaqda olan xalça naxışları, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması olub. Təlimdə xanımlara xalçaların toxunduğu dəzgahlarda praktik təlim keçirilib.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !