Xətai Sənət Mərkəzində Rəngli kvartet - rəsm sərgisi keçirildi! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Xətai Sənət Mərkəzində “ Rəngli kvartet ”- rəsm sərgisi keçirildi! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

AZpress.AZ İnformasiya Agentliyinin verdiyi məlumata əsasən bildiririk ki, 7 iyun 2017-ci il tarixdə Xətai Sənət Mərkəzində Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin istedadlı şagirdləri – Dəniz Quliyeva, Ayaz Nəcəfli, Gülay Əsədova və Hüseyn Cabbarovun “Rəngli kvartet” adlı rəsm sərgisi keçirildi. Hər zaman maraqlı sərgilər təşkil edən Nərmin Abdullayevanın tələbələrinin əl işləri yenə gələn qonaqların marağına səbəb olmuşdur.Nərmin Abdullayevanın yetirmələri olan bu balaca rəssamlar dərnəkdə ilk addımlarını atmaqlarına baxmayaraq, bir çox müsabiqə və sərgilərin iştirakçılarıdırlar.“Rəngli kvartet” adlı tədbir istedadlı rəssamların ilk sərgisidir.Sərgidə uşaqların müxtəlif mövzularda – nağıllar, heyvanlar aləmi, portret və s. mövzularda 50-yə yaxın rəsm işləri nümayiş olunmuşdur.


Sərgidə dəvət olunan qonaqlar, Yaradıcılıq Mərkəzinin rəhbərliyi, valideynlər, dərnək üzvləri, balaca rəssamların təhsil aldıqları məktəblərin müəllim və şagirdləri iştirak etdilər.


Tədbirin rəsmi hissəsində mərkəzin rəhbərliyi, dəvət olunan,qonaqlar çıxış edərək gənc rəssamlara tövsiyyə və arzularını bildirmişlər. Gənc rəssamlara Yaradıcılıq Mərkəzi tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.


Tədbirin bədi ihissəsində isə mərkəzin bədii kollektivləri öz maraqlı çıxışları ilə balaca rəssamları təbrik etdilər. Nərmin Abdullayevanın bir pedaqoq kimi öz tələbələrinə tədris etdiyi təsviri sənət onların kiçik dünyasında böyük kainat yaratmağa müyəssər olmuşdur. Əlbəttə ki, bu uğur gənc rəssamlarla yanaşı ,onların sevimli müəlliməsi Nərmin Abdulayevanın da payına düşür.Onlara bu rəngli dünyada bol bol uğurlar arzu edirik.


AZpress.AZ ,Minə Türksoy

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !