İnteraktiv açıq dərs də Naxçıvanın təbii ehtiyatlarından danışılıb -

“İnteraktiv açıq dərs” də Naxçıvanın təbii ehtiyatlarından danışılıb

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə növbəti “interaktiv açıq dərs” keçirilib.


“Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları” mövzusunda keçirilən dərsdə bölmənin Təbii Ehtiyatlar İnstitutunundirektoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun Naxçıvanərazisindəki metal və qeyri-metal faydalı qazıntı yataqlarıbarədə şagirdlərə geniş məlumat verib.


Ə.Abbasov 1960-1990-cı illərdə muxtar respublika ərazisində 100-dən çox qeyri-filiz, tikinti materialları və bəzək daşları yataqlarının aşkarlandığını söyləyib. Bildirib ki, hazırda muxtar respublika üzrə faydalı qazıntı ehtiyatlarının dövlət və sahə balanslarında 51 tikinti materialları, 11 gil, 10 qum-çınqıl qarışığı, 9 üzlük daşı,7 sement xammalı,4 mişar daşıvə tikinti daşı,3 gips, həmçinin 1 gəc, əhəng xammalı,tikinti qumu yataqları qeydə alınıb.


Muxtar Respublika ərazisində aşkarlanan qeyri-metal faydalı qazıntı yataqlarının böyük əksəriyyətinin ehtiyatda olduğunu bildirən alim həmin yataqların istismara cəlb edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafına ciddi təsir göstərə biləcəyini söyləyib. Əliəddin Abbasov qeyd edib ki, bu gün ölkəmizdə tikinti materialları sənayesinin etibarlı mineral-xammal bazası yaradılıb və fərdi mənzil tikintisinin genişlənməsi yerli tikinti materialları istifadəsinin həcmini artırıb. Alim yaxın gələcəkdə Naxçıvan dağ-mədən sənayesinə milli və xarici investisiyaları cəlb etməklə istehsal olunacaq məhsulların dünya bazarına çıxarılmasının geniş imkanlar yaradacağını bildirib.


Qeyd edək ki, açıq dərs ümumilikdə muxtar respublikanın 195 məktəbində izlənilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !