Molyerin əsəri Lənkəran səhnəsində - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Molyerin əsəri Lənkəran səhnəsində + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi klassik fransız dramaturqu Jan Batist Molyerin “Jorj Danden və ya aldadılmış ər” komediyasına müraciət edib. Hazırda məşqləri davam edən bu səhnə əsərində sevgi, məhəbbət, ailə, əxlaq və mənəvi problemlərdən söz açılır.


Tamaşanın süjet xəttini ərin arvadı tərəfindən aldadılması, xəyanət, valideynlərin öz qızlarının əxlaqa zidd davranışlarını müasir dövrün tələbi adlandırmaları, əri əsassız qısqanclıqda ittiham edərək günahlandırmaları və s. bu kimi məsələlər təşkil edir.

Tamaşaya quruluşu teatrın baş rejissoru Tural Mustafayev verib. Səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Fərəcovundur.

İyunun sonları üçün premyerası nəzərdə tutulan tamaşada rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, artistlərdən Niftulla Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Təranə Fərəcova, Sayad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Günel Abbaszadə və digərləri ifa edirlər.

Qeyd edək ki, “Jorj Danden və ya aldadılmış ər” komediyasını dilimizə xalq artisti Qabil Quliyev çevirib.

 

Ağaddin BABAYEV, Lənkəran.