Fransa saytı: Dünyanı özünə aludə edən Məryəm -

Fransa saytı: “Dünyanı özünə aludə edən Məryəm”

Fransanın http://www.dailymotion.com saytında “Dünyanı özünə aludə edən Məryəm” adlı reportaj yayımlanıb.

Reportaj istedadlı rəssam Məryəm Ələkbərlinin may ayında Parisdə “Buci” qalereyasında təşkil olunan “İntim portretlər” sərgisinə həsr edilib.

Reportajda incəsənət tarixçisi və tənqidçisi Janet Zvinjenberjer, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov gənc rəssam Məryəm Ələkbərlinin məziyyətlərindən söz açır, onun əsərləri haqqında fikirlərini bölüşürlər. İstedadlı gənc rəssamın əsərlərində yeni rənglərə, texnikaya müraciət etməsi qeyd olunur.

Reportajda Məryəm Ələkbərlinin “Buci” qalereyasında sərgilənən əsərləri nümayiş etdirilir.


AZƏRTAC 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !