Məzahir Süleymanzadə: - "Şübhəsiz, yeni mənzil sevinci yaşayanlar arasında ahıl jurnalistlər də olacaqlar"

Məzahir Süleymanzadə: "Şübhəsiz, yeni mənzil sevinci yaşayanlar arasında ahıl jurnalistlər də olacaqlar"

Ötən hər gün bizi iyulun 22-nə - Milli mətbuat gününə yaxınlaşdırır. Bu dəfəki bayram həm də mətbuat işçilərinə yeni mənzillərin verilməsi ilə əlamətdar olacaq. Mənzil şəraitinin yaxşılaşdırılacağına ümid edənlər arasında mətbuatımızın veteranları da var. AZpress.AZ-ın müxbiri bu barədə danışmağı Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar Mədəniyyət işçisi Məzahir Süleymanzadədən xahiş etmişdir.

 

-Məzahir müəllim, jurnalistlər üçün inşa olunmuş binadan mənzil almaq iddiasında olan veteran jurnalistlərin sayı nə qədərdir?

 

-Dəqiq rəqəm göstərmək mümkün deyil. Əvvəla ona görə ki, hələ müvafiq komissiya tərəfindən sənəd qəbulu davam edir. İkincisi, veteran jurnalistlər sənədlərini Ahıl Jurnalistlər Məclisi vasitəsi ilə yox, fərdi qaydada təqdim edirlər.

 

-Yəqin ki, iddiaçı çox olacaq...

 

-Ahıl jurnalistlər daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısını hiss edirlər. Cənab Prezident həmişə veteranların problemlərinin həllinə həssaslıqla yanaşır. Məhz onun tapşırığı ilə Azərbaycan Mətbuat Şurası və Azərbaycan Pespublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bizim fəaliyyətimizin genişlənməsi üçün müvafiq şərait yaradılıb. İndi bizim məclisin 300-ə qədər üzvü var. Əlbəttə, onların hamısını mənzillə təmin etmək mümkün deyil. Amma düşünürəm ki, yeni mənzil sevinci yaşayanlar arasında mətbuatımızın inkişafında xüsusi xiidmətləri olan qocaman jurnalistlərimizi də görəcəyik.

 

-Sənəd qəbulu ilə əlaqədar narahatlıq yoxdur ki?

 

-Bilirsiniz ki, bu məqsədlə KİVDF-nun icraçı direktoru Vüqar Səfərlinin sədrlik etdiyi xüsusi komissiya yaradılıb. Komissiya üzvlərinin hamısı peşəkar, ədalətli, həssas adamlardır. Onlar hamıya, o cümlədən veteran jurnalistlərə qayğı ilə yanaşır, izahat işləri aparır, sənədlərin toplanması ilə əlaqədar tövsiyələr verirlər. Şübhə etmirik ki, mənzil bölgüsündə ədalət prinsipləri və ehtiyac meyarı əsas götürüləcək.


Günel Məmmədova ( AZpress.AZ )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !