Kukla Teatrı beynəlxalq festivalda -

Kukla Teatrı beynəlxalq festivalda

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə daha bir beynəlxalq festivala yola düşür. Belə ki, teatrın direktoru Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət 6-10 iyun tarixlərində Qazaxıstan Respublikasında keçiriləcək “Orteke“ V Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil edəcək.

 

Səfər “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında öz əksini tapan Azərbaycan teatr sənətinin inkişafı, dünya miqyasında layiqincə təmsil və təbliğ edilməsi məqsədilə reallaşacaq.

 

Kollektiv TÜRKSOY tərəfindən 2017-ci il üzrə türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan və Şimkənd şəhərlərini əhatə edəcək teatr bayramında “Zəng” adlı mono-tamaşa ilə təmsil olunacaq.

 

Qeyd edək ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

 

Məlumat üçün deyək ki, iki ildən bir keçirilən festivalın təşkilində məqsəd müasir teatr meyllərinin öyrənilməsi və kukla sənətinin ayrı-ayrı qollarının təbliğ olunmasıdır.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !