Cəmilə Vasifqızı : Həyatın rəngləri balaca rəssam - Feyziran Zamanın təcəssümü ilə - + FOTO

Cəmilə Vasifqızı : Həyatın rəngləri balaca rəssam - Feyziran Zamanın təcəssümü ilə + FOTO

İncəsənətin hansı növü olursa olsun fərq etməz ölkəmizdə incəsənətə maraq günü- gündən artmaqdadır. Bir tək onu qeyd etmək istərdim ki, bir Azərbaycan vətəndaşı olaraq bütün bunlar bizim hər birimiz üçün qürurvericidir. Ötən günlərin birində , iyun ayının 2- si tarixində Xətai Sənət Mərkəzində 5 yaşlı Feyziran Zaman üçün gözəl bir sərgi keçirildi. Feyziran 3 yaşından rəsmə maraq göstərir, 40 dan çox müxtəlif mövzularda rəsm əsərləri var. Feyziran qızımız Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Xalq Rəssamı Ağəli İbrahimov, Rəssamlar İttifaqının üzvü peşəkar rəssam- Nərmin Hümbətova və Art Produktionun rəhbəri tərəfindən müxtəlif fəxri fərmanlarla mükafatlandırıldı. Bizim bu balaca qız Star Kids uşaq yarışmasında da modeldir. Xalq Rəssamı, rəssamlar iittifaqının katibi Ağəli İbrahimov sərginin açılışını elan edərək gənc rəssamın özü və əsərləri haqqında fikirlərini bildirdi.

5 yaşında uşağın yaradıcılıq qabiliyyətinin incəliklərinə toxunaraq onun gələcəkdə dahi rəssamların sırasında ola biləcəyinə heç şübhəm də yoxdur deyərək ona müvəffəqiyyətlər arzuladı. Feyzirana ən böyük dəstək isə ATV - nin tanınmış siması - peşəkar jurnalist və müğənni Vüqar Kamiloğlu tərəfindən oldu. Sərgidə Vüqar bəyin yaxın dostları İslam Oyunları Ulduz Səfiri Xeyriyyəçi Hacı Nuran , bəstəkar müğənni Elza Seyidcahan və onun bacısı Rasimə Seyidcahan da iştirak edirdilər. Balaca rəssamın biri-birindən rəngarəng yaratdığı əsərlər hər kəsin marağına səbəb oldu.Müxtəlif mövzulara toxunan Feyziran sanki, bütün həyatı, dünyanı əks etdirmək istəyib.


Gözəl qızımız Feyziran, təbiət sənə nə istədiyini bilərək öz sirrli qapılarını sənin üzünə açmışdır.Ürəyin nə istəyir yarat. Artıq rəngli boyalarının rəngini, yerini, xəttini , həyatda tutacağın yerini,səmtini, hansı xətt üzrə gedəcəyini bilirsən. Sənə həyatda ən gözəl rənglərlə parlamağını arzulayaraq o kiçik dünyanda yaratdığın və yaradacağın əsərləri alqışlayırıq.

 

Cəmilə Vasifqızı.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !