Şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olundu - + FOTO

Şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olundu + FOTO

Samux şəhər 2 saylı tam orta məktəbində "1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü"nə həsr olunmuş "Дети хотят мира"adlı rus dilində tədbir ve şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olundu. Tədbirdə Samux Rayon Heydər Əliyev Mərkəzinin rəhbəriyi , 2 saylı orta məktbinin direktoru, müəllimlər və şagirdlər iştirak edirdi. Tədbiri məktəbin direktoru Əminə Cəfərova açaraq hər kəsi salamladı və uşaqları təbrik etdi, tədbirin təşkilatçısı olan rus dili müəllimi və rus dili dərnəyinin rəhbəri Sevil Ələkbərovaya da təşəkkür etdi. Sonra rəsm müsabiqəsində ugurlu əl işləri nümayiş etdirilən şagirdləri mükafatlandırmaq ücün söz qonaq qismində dəvət olunmuş Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadəyə verildi. Aygün Həsənzadə Ulu Öndər Heydər Əliyevin "Əziz uşaqlar, Siz XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacaqsınız. Biz sizə Azərbaycanı tapşırırıq. Mən əminəm ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər. Əminəm ki, bugünkü uşaqlar, gənclər öz üzərlərinə düşən vəzifələri dərk edə bilirlər. Uşaqlar, gənclər təhsil ilə, həyatın müxtəlif sahələrində öz istedadlarından istifadə etməklə, öz iradəsi, bacarığı ilə müstəqil Azərbaycanın xoşbəxt gələcəyini təmin edə biləcəklər. Mən buna əminəm və bu gün istedadlı, gözəl uşaqları görərkən, ümumiyyətlə, Azərbaycanda hər yerdə uşaqların istedadını, biliyini və həvəsini görərkən çox sevinirəm. Çox sevinirəm ona görə ki, bəlkə mənim üçün Azərbaycanın gələcəyi Azərbaycanın başqa vətəndaşlarından daha çox əzizdir. Buna görə də sevinirəm və inanıram ki, uşaqlar, bizim balalarımız, Azərbaycanın bugünkü gəncləri Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşları olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar, inkişaf etdirəcəklər, irəliyə aparacaqlar və yüksəklərə qaldıracaqlar." sözləri ilə başlayaraq uşaqları təbrik edib kollektivə uğurlar arzuladı. Tədbir məktəblilərin maraqlı və rəngarəng çıxışları ilə yadda qaldı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !