Gəncə şəhərində Gənc Liderlər üçün Təlimlər Təşkil Olunur - + FOTO

Gəncə şəhərində Gənc Liderlər üçün Təlimlər Təşkil Olunur + FOTO

 Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Gəncə şəhərində "Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihə həyata keçirir. Layihənin icrası “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin eksperti Hüseynxan Hacızadə ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Gənclər - vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı xidmət çərçivəsində həyata keçirilir.
Xidmət Gəncə şəhərində yaşayan və təhsil alan 16-29 yaşlı gənclərin müvafiq mövzular üzrə təlimatlandırma və maarifləndirməklə, onların qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması və elektron məlumat bazaları, fəal vətəndaşlıq mövqeyi vasitələri haqqında məlumatlandırmaq məqsədilə təşkil olunur.
Təlimlər zamanı İctimai vəkillik, Elektron Xidmətlərdən (“Elektron Hökumət” virtual portalı, Dövlət Xidmətləri Portalı və s.) istifadə bacarıqlarının artırılması, Layihələrin yazılması və idarə edilməsi, Maliyyə və büdcənin düzgün idarə edilməsi, Natiqlik, Liderlik, Strateji planlaşdırma, Sosial media əsaslı ictimai davranış (əlaqələr), Sosial sahibkarlıq və onun üstünlükləri, StartUp haqqında məlumat əldə edəcəklər.
Gənclərin müvafiq mövzular üzrə maarifləndirməsi və təşkil olunan praktiki oyun/görüş/təqdimatlarla şəxsi və peşəkar təcrübələrinin inkişaf etdirilməsi nəzərdə tutulan təlimlər Bakıdan və Gəncədən dəvət olunmuş peşəkar təlimçilər tərəfindən keçirilir.
Xidmət ikimərhələli şəkildə, ilk mərhələ hər qrupda 20 nəfər ümumilikdə 40 nəfər gəncə 30 may – 4 iyun 2017-ci il tarixlərində təşkil olunacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !