Kapital Bank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Nağıllara səyahət” adlı sosial layihənin təqdimatını keçirib - + FOTO (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Nağıllara səyahət” adlı sosial layihənin təqdimatını keçirib + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

 Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Nağıllara səyahət” adlı sosial layihə təşkil edib. Layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunub.

Lənkəran Dövlət Dram Teatrında azyaşlı sənətsevərlər Ələsgər Qurbanovun “Ceyranın ad günü” tamaşasına baxıblar.


Maraqla izlənilən səhnə əsərinin quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada rolları əməkdar artist Sücəddin Mirzəyev,artistlərdən Qızılgül Quliyeva, Emin Fərzullayev, Səyyad Əliyev, Təranə Fərəcova Şəbnəm Hüseynova, Günel Abbaszadə, Aysel Cahangirli və digərləri ifa ediblər.
Tamaşadan sonra Kapital Bank tərəfindən uşaqlara müxtəlif hədiyyələr verilib