MƏNİM DÜŞÜNCƏM-2017 adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək -

“MƏNİM DÜŞÜNCƏM-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 1 iyun beynəlxalq uşaqlar gününə həsr olunmuş “MƏNİM DÜŞÜNCƏM-2017” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 6 iyun 2017-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir. Məqsəd uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı,əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsinə xidmət etməkdir. Uşaqlar günü münasibəti ilə elan olunmuş respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisində Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Şabran Şəhər Tofiq Abbasov adına N1 məktəb, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, Masallı rayon 11 illik İncəsənət Məktəbinin rəssamlıq şöbəsi, “Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zığ qəsəbəsi Mədəniyyət evi rəssamlıq kursu, Xırdalan qəsəbəsi “Uğur” tədris mərkəzi, Sumqayıt şəhər Bülbül adına və Səid Rüstəmov adına uşaq yaradıcılıq studiyasının uşaqları xüsusi fəallıq göstərmiş və ümumilikdə Bakı və Bakı ətrafı kəndlərinin müxtəlif məktəblərindən 500-dən çox uşaq, 1400-yə yaxın əl işi ilə tədbirə qatılmışdır. Sərgidə 190 uşağın, 200 əsəri nümayiş olunacaqdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !