Dərinin ikinci "Rənglərin sehirli toxumaları solo incəsənət sərgisinə xoş gəlmisiniz! -

Dərinin ikinci "Rənglərin sehirli toxumaları” solo incəsənət sərgisinə xoş gəlmisiniz!

Burada,siz Dərinin öz bacarıqlarını əks etdirən 60 ədəd incəsənət əsəri ilə tanış olacaqsınız.

 

Sərgidə nümayiş olunacaq əsərlər batik, yağlı boya, akvarel və təkrar materiallardan istifadə olunmaqla yaradılıb.

 

Dərinin ilk "Dünyaları yaradarkən" solo sərgisi 2016-cı ilin mayında İçəri Şəhərin sərgi salonunda keçirilmişdir. Bu sərgi mütəxəssislər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Dərin, 2016-cı ildə Azərbaycan Dövlət Rə­ssamlıq Akademiyası tərəfindən uşaq və gənclər üçün təşkil olunan “Saf Rənglər” beynəlxalq festivalı­nda "Eko-mədəniyyət" nominasiyasında tək­rar materiallardan yaradılmış “Balıq” əsərinə görə 1-ci yerə layiq görülmüşdür.

 

Sərginin açılışı 3 iyun 2017-ci il saat 18:00-də Baki Müas­sir İncəsənət Mərkəz­ində keçiriləcək.

 

Ünvan: İçəri Şəhər, Qüllə küçəsi 15

 

Giriş pulsuzdur. 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !