Cənub bölgəsində erkən nikahlar və insan alveri mövzusunda təlim kursları başa çatdı - + FOTO

Cənub bölgəsində erkən nikahlar və insan alveri mövzusunda təlim kursları başa çatdı + FOTO

MAGİYA ictimai birliyi 27-28 may tarixlərində Lənkəran şəhərində AB Qala otelində “Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır” layihəsi çərçivəsində Lənkəran rayonundan olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə erkən nikahlar və insan alveri mövzusunda 2 günlük təlim kursu təşkil etmişdir. Təlim kursunda 13 nəfər qız və 12 nəfər oğlan iştirak etmişdir. Təlim kursunda təşkilatın heyətindən başqa, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev də iştirak etmiş və qeyd edilən mövzularda gənclərlə öz bilik və təcrübələrini bölüşmüşlər. Təlim kursunda heyətlə iştirakçılar arasında erkən nikahlar və insan alveri mövzusunda bir sıra məsələlər – “Erkən nikah nədir, erkən nikahlar üzrə dünya və ölkə statistikası, Erkən nikahın səbəbləri, fəsadları və profilaktikası: milli qanunvericilikdə nikah yaşının təfsiri, İnsan alveri haqqında ümumi məlumat: insan alveri qurbanları kimlərdir – risk qrupları, İnsan alverinin başvermə səbəbləri və insan alverinə cəlbetmə yolları, İnsan alveri kontekstində mənşə, tranzit və təyinat ölkəsi anlayışları, redmissiya və repatriasiya, İnsan alveri qurbanlarının ehtiyacları və problemləri, onlarla davranış və ünsiyyət qaydaları, İnsan alveri qurbanlarının reabilitasiyası – əsas prinsiplər, insan alveri qurbanlarına qarşı stereotiplərin aradan qaldırılması, qurbanların inteqrasiya və reinteqrasiya məsələləri, İnsan alveri ilə mübarizə yolları: Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlıq, Miqrant kimdir: qanuni və qeyri-qanuni miqrantlar, Miqrasiya nədir: emiqrasiya və immiqrasiya prosesləri – viza və deportasiya anlayışları” müzakirə olunmuşdur. Təlim ərzində layihə heyəti müxtəlif təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri və rol oyunları kimi bir çox təlim metodlarından geniş istifadə etmiş və bütün sessiya ərzində mövzularla bağlı bir-çox sosial çarxlar izlənilmişdir. Təlim kursunun sonunda bütün iştirakçılara aidiyyəti bukletlər və sertifikatlar təqdim edilmişdir. Sonda bütün iştirakçılar cənub bölgəsində gənclər üçün belə bir mühüm layihənin həyata keçirilməsini təmin etdiyi üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə minnətdarlıq etmişlər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !