İslam dini və Sülh adlı tədbir-sərgi keçiriləcək -

“İslam dini və Sülh” adlı tədbir-sərgi keçiriləcək

2017-ci il mayın 30-da saat 12:00-da Azərbaycan İstiqlal Muzeyi öz ekspozisiyasında Azərbaycan Dövlət Din Tarixi Muzeyi ilə birgə İslam Həmrəyliyi İlinə həsr olunmuş “İslam dini və Sülh” adlı tədbir-sərgi keçirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 10 yanvar tarixində 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edilməsi barədə sərəncam imzaladı və bu il həmin mövzuya aid bir çox tədbirlər təşkil olunur.

Azərbaycan İstiqlal Muzeyində keçiriləcək sərgidə rəssam Qumral Əhmədovanın 28 ədəd əsəri və Azərbaycan Dövlət Din Tarixi Muzeyinin fondunda saxlanılan 21 ədəd eksponat nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayevanın, rəssam Qumral Əhmədovanın, BDU-nun “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasınaın müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun, Türkiyə Cümhuriyyətinin Bakı Səfirlyinin Dini Xidmətlər müşaviri, professor Dr. Kamil Günəşin çıxış nəzərdə tutlub və Respublika Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan “İslam ölkələrinə səyahət” adlı kompozisiya nümayiş olunacaq.

Tədbirdə Azərbaycan Dövlət Din Tarixi Muzeyinin əməkdaşları, Respublika Uşaq Yaradıcılıq Mərkəzinin iştirakçıları, rəssamlar, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !