Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur - + FOTO + VİDEO

Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur + FOTO + VİDEO

Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər uğurla icra olunur.



Bu cür layihələrədən biri də tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yoludur.



3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7.2 km-dir. Layihəyə uyğun olaraq 7 m enində yol əsası və 2 m enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 m təşkil edir.



Hazırda yol boyu torpaq işləri görülür, yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yola 2 qat olmaqla 13 sm qalınlığında yeni asfalt-beton örtüyü salınacaq.



Bundan başqa təmir-tikinti işləri çərçivəsində yol boyu ümumi uzunluğu 164 m olan müxtəlif diametrli dəmir-beton suötürücü borular qoyulacaq, hərəkətin normal təşkili üçün 60 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq.



Yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 


AZƏRAVTOYOL ASC 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !