Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi - + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirildi + FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Hər zaman maraqlı konsert proqramı ilə çıxış edən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi bu dəfə də maraqlı proqramla hər kəsi heyran qoymuşdur. İstedadlı şagirdlərin bir arada U. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə təşkil etdikləri konsert proqramı demək olar ki, hər kəsin marağına səbəb olmuşdur. Hər bir istedadlı şagirdin arxasında savadlı zəhmətkeş bir müəllim kollektivinin olduğunu unutmamalıyıq. Məktəbin rəhbəri Əziz Qarayusifli başda olmaqla onun müəllim heyyəti hər zaman yüksək səviyyəli gənclərin yetişməsində böyük rolu olan insanlardırlar. Üzərində zəhmət çəkilməyən torpaq hec vaxt bəhrə verməz. Bu müəllimlərində bəhrəsi çəkdikləri zəhmətdən beynəlxalq müsabiqələrdə yüksək uğurla qayıdan gənclərimizdir.

 

AZpress.AZ informasiya Agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 26 May 2017 ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konserti kecirilmişdir.

 

Nəzərinizə çatdırırıq ki, İncəsənət Məktəbinin 80 illik yubileyi və Azərbaycan Respublikasının 99 il dönümünə həsr olunmuş hesabat konserti keçirilmişdir.Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilmişdir.Tədbirdə Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli , Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədquliyeva və başqaları iştirak etmişdir.

 

Dünya şöhrətli bəsrəkarlardan İ.S .Bax , Y .Haydn, E.Qriq, S. Prokofyev, D.Şostakoviç, S. Raxmaninov, V. Şyolokov, İ.Albenis, F. Vaksman və Niyazinin əsərləri musiqi sevərlərə təqdim olunmuşdur.

 

Konsertdə məktəbin istedadlı şagirdləri Quliyeva Jalə,Şahgəldiyev Əlipaşa, Əliyeva Nərgiz, İbrahimova Nailə, Əliyeva Münəvvər Yusifzadə Cavid və başqa şagirdlərin ifası dinlənilmişdir. Nəzərinizə çatdırırıq ki, Yusifzadə Cavid bu il gənc istedad kimi Fransa Konservatoriyasında təhsil almaq imkanı qazanmışdır.

 

Qeyd edək ki, gəncləri muşayət edən Ü .Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə drijor , əməkdar artist Fuad İbrahimov rəhbərlik edirdi.

 


AZpress.AZ, Minə Türksoy.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !