Naxçıvan etüdləri adlı fərdi sulu boya sərgisi keçirilib - + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

“Naxçıvan etüdləri” adlı fərdi sulu boya sərgisi keçirilib + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Naxçıvan Rəssamlar Birliyi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Naxçıvanlı sulu boyaçı rəssam Sabir Məmmədovun təqdimatında “Naxçıvan etüdləri” adlı fərdi sulu boya sərgisi 24 may 2017-ci il saat 17:00-da Xətai Sənət Mərkəzində keçirilib.


Müxtəlif janrlarda çalışan, çalışqanlığı ilə seçilən rəssamın fəaliyyətinin əsasını təşkil edən akvarellə yaratdığı etüdlər bir çox sivilizasiyaları özündə əks etdirən, tarixi və mədəni abidələri, füsunkar və rəngarəng təbiəti ilə seçilən Naxçıvan Muxtar Respublikasını bu torpaqlarda böyüyüb başa çatmış, Bəhruz Kəngərli məktəbinin layiqli davamçılarından olan bir rəssamın təqdimatında görmək bizə nəsib olacaq.


Sərgidə rəssamın 80-dən çox əsəri nümayiş olunması nəzərdə tutulur. Özünəməxsus dəsti xətti və vətənə bağlılığı ilə seçilən rəssamın əsərlərində fərdi süjet xətti daha dolğun nəzərə çarpır. Sulu boya işləri ilə yanaşı rəssamın sərgidə əlvan metal üzərində döymə işləri də təqdim olunacaq. Sənətkarın fəaliyyətində döymə sənətinə də müraciət etməsi qədim xalq tətbiqi sənətlərindən biri olan misgərliyə olan məhəbbətindən irəli gəlir.


2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Akvarel” rəsm müsabiqəsində ikinci yer tutması və əlbəttə ki, yorulmaz xarakteri bugün burada rəssamın fərdi sərgisini təşkil etmək üçün stimul oldu.


Bu sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bölgə rəssamlarına qayğısının tərənnümü olmaqla bərabər həm də akvarel sənətinin inkişafına dəstək kimi də başa düşülməlidir.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !