AZƏR TÜRK BANKIN NÜMAYƏNDƏLƏRİ AQRAR UNİVERSİTETİN TƏLƏBƏ VƏ MƏZUNLARINA TƏLİM KEÇİB - + FOTO

AZƏR TÜRK BANKIN NÜMAYƏNDƏLƏRİ AQRAR UNİVERSİTETİN TƏLƏBƏ VƏ MƏZUNLARINA TƏLİM KEÇİB + FOTO

Azər Türk Bank Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetin maliyyə-iqtisad yönümlü fakültələrində təhsil alan tələbələr və məzunlar üçün təlim keçib.


ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri təhsil müəssisəsin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, Azər Türk Bankın bu təşəbbüsünü alqışlayıb. Keçirilən təlimdə bankın rəhbər işçiləri “Vaxtın səmərəli idarə edilməsi” və “Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu” mövzularında ­­­çıxış ediblər. Əsas məqsəd regionlardakı gənclərin maarfiləndirilməsi, eyni zamanda gələcəkdə bank sahəsində çalışacaq kadrların hazırlığına dəstəkdir.


Təlimin sonunda iştirakçılara sertifikatlar verilib, fəallığı ilə seçilən on tələbəyə Azər Türk Bank adından korporativ hədiyyələr təqdim edilib, iki tələbə isə Bankın Gəncə filialında 1 ay müddətində təcrübə keçmək imkanı qazanıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !