ADU-da Mədəniyyət günəşi adlı tədbir keçirilib - + FOTO

ADU-da “Mədəniyyət günəşi” adlı tədbir keçirilib + FOTO

Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Mədəni müxtəliflik proqramı çərçivəsində “Mədəniyyət günəşi” adlı tədbir keçirilib.

Tədbirdəulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən işlərinhazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədəki multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərindən biri olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı qeyd edilib. ADU-nun İnformasiya Resurs Kompleksində iki Folklor Mərkəzi - Əcnəbi Xalqların Folklor Mərkəzi və Türk Xalqlarının Folklor Mərkəzinin fəaliyyət göstərdiyi vurğulanıb. Onların fəaliyyət strategiyasının dünya xalqlarının zəngin mədəni irsinin öyrənilməsi, tərcüməsi və Azərbaycanda təbliği, ali təhsil müəssisələrinin tələbə - müəllim heyətinin fəal iştirakı ilə mədəniyyətlərarası dialoq tədbirlərinin həyata keçirilməsi olduğu qeyd edilib. Folklor Mərkəzlərinin bir çox maarifləndirci proqramlar və tədbirlər həyata keçirdiyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birbaşa əməkdaşlıq etdiyi qeyd edilib.

Daha sonra ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib. O, hər kəsi ölkəmizin təbliğində rol oynayan tədbirlərdə iştirak etməyə dəvət edib. ADU-da hər il Mədəni müxtəliflik proqramı çərçivəsində tədbirlər keçirildiyini deyən Ə.Əliyev bu tədbirlərdəmüxtəlif ölkələrin Azərbaycandakı səfirlərinin iştirak etdiyini qeyd edib. Çıxışının sonunda o, tədbirin təşkilatçılarına təşəkkür edərək uğurlar arzu edib.

Sonra Azərbaycan, ABŞ, Türkiyə, Çin, Fransa, Özbəkistan, Hindistan, İndoneziya, Yaponiya, İsrail, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Koreya, Norveç, İtaliya və digər ölkələrin müxtəlif təqdimatlarla təmsil olunduğu bədii proqram iştirakçılara təqdim olunub.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin Azərbaycandakı səfirləri iştirak edirdi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !