Rusiyanın ali məktəb tələbələri ATGTİ-nin qonağı olub - + FOTO

Rusiyanın ali məktəb tələbələri ATGTİ-nin qonağı olub + FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (АМОР) sədri Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının ali məktəblərində təhsil alan tələbələrdən ibarət nümayəndə heyəti ATGTİ-nin qonağı olub.

Görüş zamanı ATGTİ-nin Beynəlxalq əlaqələr üzrə sədr müavini Faiq Məmmədov tərəfindən ittifaqın ümumi fəaliyyətini əks etdirən təqdimat keçirilib. Diskussiya şəklində keçən təqdimat zamanı rusiyalı gəncləri maraqlandıran suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı və gənclər ATGTİ-nin ofisi ilə tanış oldu. Daha sonra qonaqlar Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov ilə həmsöhbət oldu və gənclərlə birlikdə xatirə şəkli çəkildi.

Qeyd edək ki, 20-25 may tarixləri arasında Bakıda olan qonaqlar şəhərimizin müxtəlif yerlərini gəzib, Qız qalası, Şirvanşahlar sarayı və digər tarixi abidələr ilə yaxından tanış olublar. SəfərçərçivəsindəonlaraAzərbaycantarixihaqqındaətraflıməlumatverilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !