Şirin xanım Kərimbəyli Şadiman : - KİMƏ SÖYLƏYİM

Şirin xanım Kərimbəyli Şadiman : KİMƏ SÖYLƏYİM

Acından günorta duranlarının
Ağrısın mən kimə söyləyim, Vətən?
Sən işğal altında didirsən ağlı,
Bu ağrı-acıyla neyləyim Vətən?!

 

Niyə şər-xətanın yolu sapılmır?
Sənə hansı hiylə, fitnə yapılmır?
Çəkilməz dərdinə çarə tapılmır,
Varmı haqq eşidən, mən deyim, Vətən?

 

Hər yerdən üstünə cumur köpəklər,
Pullanan ciblərdən yedin kötəklər,
Kasıb millətinə yetmir diləklər,
Bəs necə mən səni de öyüm, Vətən?!

 

Yatır ağı deyən dilinə məni,
Batır göz yaşının selinə məni,
Sarı ürəyinin telinə məni,
Kəsilib taqətim, yox heyim, Vətən.

 

Dönüm başın üstə əsən küləyə,
Sən can ağrısısan, qoyma mələyə,
Hər nə dərdin varsa ələ ürəyə,
Dəriman daşıtək qoy üyüm, Vətən.

 

Mən də şadimanlıq eşqiylə saçdım,
Bahardan bahara sevgiylə qaçdım,
Sənin dərdlərinə gözümü açdım,
Eşitsin haqını yer-göyüm, Vətən...

 

Şadiman zülümə enməz yaxşı bil,
Ağrını dünyanın əzab naxşı bil,
Hayqıran misramı xalqın baxşı bil,
Sözdən üsyan geyir hər deyim, Vətən...


24.05.2017


Şirin Xanım Kərimbəyli Şadiman

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !