Arkanzas Ştatının Məşğulluq İdarəsinin İcraçı Direktoru Gəncə şəhərinə Səfər Edib -

Arkanzas Ştatının Məşğulluq İdarəsinin İcraçı Direktoru Gəncə şəhərinə Səfər Edib

 
Beynəlxalq Təhsil üzrə Amerika Şurası Azərbaycanda təhsilin inkişafına yönəldilmiş müxtəlif proqramlar həyata keçirir. ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilən proqramlar 2002-ci ildən Azərbaycan Respublikasında uğurla aparılır.

Bu proqramlardan biri də Peşəkar İxtisasartırma Proqramıdır. Proqram çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev 2016-cı ilin oktyabr-noyabr aylarında ABŞ-ın Arkanzas ştatında təcrübə proqramı keçib. Layihənin davamı olaraq 2017-ci ilin May ayında Arkansaz Ştatının Məşğulluq İdarəsinin İcraçı Direktoru Viliyam Jeyms Monqeyl Bakı və Gəncə şəhərlərində səfərdə olub. Səfərlər zamanı qonaq Bakı şəhərində Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunda və ABŞ-ın Bakıdakı Səfirliyində, Gəncə şəhərində isə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə şəhər Məşğulluq Mərkəzi, Gəncə Aqrobiznes Asossiasiyası, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində bir sıra görüşlər keçirib.

Proqramın əsas məqsədi ABŞ-da qanunvericilik prosesinin daha yaxşı başa düşülməsi, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması, ortaq problem və məsələlərin real həlli yolları üçün ortaq dilin tapılmasıdır. 2012-ci ildən fəaliyyət göstərən proqram Vergilər Nazirliyindən, Milli Məclisdən, Azərbaycan Respublikasının Prezidenti Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından, Prezident Administrasiyasından və başqa dövlət qurumlarından 18 məzunu var.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !