Çexiya nümayəndə heyəti ADAU da - + FOTO

Çexiya nümayəndə heyəti ADAU da + FOTO

 Çexiyadan olan nümayəndə heyətinin üzvləri Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, qonaqları təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayan tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov maddi-texniki baza, tədris prosesi ilə bağlı ətraflı məlumat verib.
Pataloji anatomiya və anatomiya muzeyləri, quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə yataqxanası və digər təsisatlarla tanış olan qonaqlar təhsil müəssisəsində Çexiyanın müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildiriblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !