Gənclərin əl işlərindən ibarət foto - sərgi təşkil olundu - + FOTO

Gənclərin əl işlərindən ibarət foto - sərgi təşkil olundu + FOTO

28 mart tarixindən etibarən ERASMUS+ Proqramı çərçivəsində “Gələcəyə Körpü’’ GİB-də 3 nəfər türkiyəli gənc könüllülük fəaliyyətinə başlayıb. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Proqram 2017-ci ilin mart – may aylarını əhatə edir.
Proqram çərçivəsində Türkiyəli könüllü İlknur Şit tərəfindən Birliyin nəzdində Fotoqrafçılıq Klubu təşkil olundu. Dərslər zamanı klub iştirakçıları işıq və kamera özəlliklərinin ayarlanması, Enstantane və diyafram qurğuları, Fotoda hədəfin müəyyən edilməsi, memari, studiya, gecə, makro, portret çəkim texnikləri, çöl məkan çəkim texnikləri və uyğulanması, fotonun şərh edilməsi və manipulyasıyası, Photoshop / Indesign istifadəsi haqqında maarifləndilər.
Klubun fəaliyyətinin yekun hesabatı olaraq 17 may tarixində iştirakçıların əl işlərindən ibarət Foto sərgi təşkil olundu. Sərgidə Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan Işıq, yerli QHT nümayəndələri, Birliyin üzvləri və könüllüləri iştirak etdi.
Tədbir zamanı Birliyin İcraçı Direktoru Hüseynxan Hacızadə çıxış edərək layihə haqqında bu çərçivədə görülən işlər barədə məlumat verdi. Gəncə baş konsulu Orxan Işıq layihənin hər iki ölkə gəncləri üçün əhəmiyyətindən danışdı, növbəti illərdə fəaliyyətlərdə uğurlar arzuladı. Sonda iştirakçılar sertifikat və diplomlarla təltif olundu.
“Gələcəyə Körpü” 2012-ci ildən etibarən qoşulduğu proqram çərçivəsində həm könüllünü göndərən, həm də qəbul edən təşkilat olaraq Avropa Komissiyasında müvafiq akkreditasiyadan keçib. İndiyə qədər 6 Alman gəncini qəbul edib və hazırda 3 Türk gəncinə ev sahibliyi etməkdədir. Göndərən təşkilat olaraq isə Avropanın 10-a yaxın ölkəsinə 30-a yaxın yerli gənci qısa və uzunmüddətli EVS layihələrinə göndərən təşkilat olaraq çıxış edib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !