BDU IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olan yetirmələrini mükafatlandırıb -

BDU IV İslam Həmrəyliyi Oyunlarının qalibləri olan yetirmələrini mükafatlandırıb

Bakı Dövlət Universiteti Elmi Şurasının genişləndirilmiş iclasında rektor, akademik Abel Məhərrəmov IV İslam Həmrəyliyi Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal qazanmış universitetin Filologiya, Tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin yetirmələri - Fəridə Abiyeva və Ayxan Mamayevi təbrik edib. Ölkəmizdə ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” kimi beynəlxalq yarışların, o cümlədən, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini böyük tarixi hadisə hesab edən rektor prezident İlham Əliyevin bu istiqamətdəki uğurlu siyasətindəən bəhs edib. Eyni zamanda Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xüsusi dəstəyi ilə keçirilən “Bakı-2017” İslamiadanın Azərbaycan tarixinə ən möhtəşəm idman bayramı kimi düşdüyünü bildirib. Bu möhtəşəm tədbirdə BDU tələbələrinin istər idmançı, istərsə də könüllü kimi fəaliyyətlərindən bəhs edən akademik Abel Məhərrəmov azərbaycanlı idmançıların yüksək nəticələr göstərdiyini qeyd edib, qızıl medalçılar - Ayxan Mamayev və Fəridə Abiyevanın uğurları ilə BDU kollektivinin də fəxr etdiyini bildirib, ölkəmizin adını daim zirvələrə ucaltmalarını arzulayıb.
Qaliblərin IV İslam Həmrəyliyi Oyunlarındakı final görüşlərindən ibarət foto və video-çarx izlənildikdən sonra rektor çempionlara universitetin xatirə hədiyyələrini təqdim edib.
Görüşə görə təşəkkür edən qızıl medal sahibləri hər zaman universitet rəhbərliyinin diqqət və qayğısını hiss etdiklərini bildirərək BDU kollektivinə minnətdarlıq ediblər ... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !