Sənin əməlinin savabı əməlin özündən üstündür! - + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Sənin əməlinin savabı əməlin özündən üstündür! + FOTO ( AZpress.AZ - Minə Türksoy , Rüstəm İsmayılov )

Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. Həyat, o qədər uzun deyil ki, bu ömrü bada verək. Günlər , həftələr, aylar bir -birini sanki, qovur. Ya onlar tələsir ya biz gec qalırıq yaşayacaqlarımıza. Həyat bir nemətdir Allah tərəfindən bizə verilib ki, onu sağlam mənalı , kimsəyə pislik etmədən yaşayaq. Sağlamlığımızı qorumaq üçün isə bəzən həyat özü heçdə hər zaman dəstək olmur.Bəzən ani bir xəstəlik həyatımızı məhv edərək bizi ölümlə üz üzə qoyur. Düşündükcə ki, sevdiklərin əllırinin arasından su kimi axıb gedir və sən heçnə edə bilmirsən. İnsanın belə aciz qalmaması üçün mütləq sığınacağı bir qurum olmalıdır ki, belə insanlara dəstək olub onları həyata bağlasın. Bir zamanlar xəstələrə yardım edərək onların ümid çırağına çevrilən Hacı Nuran həyatın oyununda özü də xəstləliyə düçar olur. O , özü də bilir di ki, sonu olmayan bir yolda yürüyür. Lakin Allaha sığınıb bu yolu mətin addımladı və sonunda xəstəliyə güç gələrək bütün xəstə insanlara nümunə oldu. Bu gün o, həyatdadır. Buna təkcə onun ailəsi deyil bütün Azərbaycan xalqı sevinir . Çünki, kimsənin xəbər belə tutmağı xəstələrə hər zaman məhz Nuran Hüseynov dəstək olub . Bu gün onun və Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyevanın dəstəyi ilə o ümid qapısı yenidən insanların həyatına nur saçdı. Açığı dəvət aldığımız tədbirin mahiyyətini nə ilə əlaqədar olduğunu bilmirdik. Sadəcə Hacı Nuran dəvət edibsə mütləq getməliyik düşündük. Tədbirdə bir çox tanınmış media nümayəndələri ,məmurlar, şou aləmindən olan şəxslər iştirak edirdi.


AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 19 may 2017-ci il tarixində Park İn oteldə möhtəşəm bir tədbir kecirilmişdir. “ Həyat Fondu” nun yaranmasını qeyd etmək üçün ilk olaraq tədbir öncəsi qonaqlar arasına Milli Təhlükəsizlik xidmətinin rəsi cənab Mədət Quliyev təşrif buyurdu. Olduqca səmimi nazir Mədət Quliyev hər kəslə səmimi salamlaşdı. Tədbirə İsrail klinikasından gələn həkimlər və Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla xanım Əliyevada təşrif buyurdu.


İlk olaraq tədbiri Hacı Nuran açıq elan edərək gələn qonaqları salamladı və fond haqqında qısaca məlumat verdi. Göstərilən slaydlarda xəstə insanlara necə yardım edilməsi aydın şəkildə qonaqlara təqdim olundu. Uşaq, gənc , yaşlı hər kəsə dəstək olan Hacı Nuranın o gözəl qəlbinin bir daha şahidi olduq. Hətda heyvanları belə düşünən hacı Nuranın fondunda onlara belə yer ayrılıb.Sevindirici haldır ki, illərin xeyriyyəçisi Nuran Hüseynov bu gün belə bir fondun təsisçisi və yaradıcısıdır.
Tədbirdə Hacı Nurana dəstək olmaq üçün gələn Aktrisa Həmidə Ömərova, Cənab Mədət Quliyev, qarmon ifaçısı Ənvər Sadıxov da ürək sözlərini bildirdilər. Leyla Əliyevanın tədbirdə iştiraki qonaqlar arasında daha da ruh yüksəkliyinə səbəb oldu. Sonda səmimi xanım Leyla Əliyeva ilə birlikdə xatirə şəkilləri çəkildi.


Hacı Nurana çıxdığı bu savab yolda dəstək olmaq istəyən hər kəs sadəcə istənilən mobil operatorlardan 999 nömrəsini yığaraq sağlam Azərbaycan naminə ona dəstək olmağa çalışsınlar.
.İmam Əli (ə):«Sənin əməlinin savabı əməlin özündən üstündür.» (Ğurərul-Hikəm, hədis 4688)

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !