XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vuruldu. Turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxdı. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olub. “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb
-MƏTBUAT HƏYATI (+TV)
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirdi
Tarix: 19-5-2017 // saat: 13:36   -MƏTBUAT HƏYATI (+TV)
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin ... 
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.
 
 
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının hazırkı tərkibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir.
 
 
Ə.Amaşov həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə KİVDF kimi vacib qurumun yaradılmasına həssas yanaşdığına görə təşəkkürünü bildirib. O deyib ki, Prezidentin şəxsində ölkə rəhbərliyi hər zaman mediaya diqqət və qayğı göstərməkdədir. «Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir.
 
 
MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına namizəd kimi irəli sürüləcəkdir. Fondun Nizamnaməsinə əsasən onun tərkibi ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir. Bu isə o deməkdir ki, Mətbuat Şurasının 18 nəmizədindən yalnız 6-ı Müşahidə Şurasının üzvü olaraq təsdiqlənəcəkdir. Şura öz namizədlərini ölkə rəhbərliyinə təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənəcəkdir.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Fond yarananda onun iş prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində Müşahidə Şurasında təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb.
 
 
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında 8 il ərzində KİVDF-nin Müşahidə Şurasında təmsil olunduğunu diqqətə çatdırıb. O, ötən müddəti Azərbaycan mediasının inkişafı baxımından vacib mərhələ kimi dəyərləndirib.
 
 
Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, KİVDF-nin 8 illik fəaliyyəti nəticəsində xeyli işlər həyata keçirildi. Eyni kursun davam etdirilməsinə ehtiyac var. Buna görə də layiqli namizəd seçimi zəruridir.
 
 
MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Fondun Müşahidə Şurasının tərkibinin formalaşdırılmasında Azərbaycan Mətbuat Şurasının mövqeyinin nəzərə alınması quruma olan etimaddır və şübhəsiz irəli sürülən namizədlər bu etimadı doğruldacaqlar.
 
 
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu da 8 ildə Fondun Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. U.Rəhimoğlu ötən müddətin həm çoxsaylı qayğılarla, həm də mediamız adına gözəl yaşantılarla yadda qaldığını xatırladıb. Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə davam etdirəcəyinə əminliyini bildirən U.Rəhimoğlu İdarə Heyətinin üzvlərini onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib.
 
 
Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:

 
Jurnalist təşkilatlarından:
 
 
Əsgərov Ramiz Baxşəli oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;
Verdizadə Seymur Vaqif oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;
Musayev Ceyhun Musa oğlu, «Jurnalist Ekspert Mərkəzi» ictimai birliyinin sədri;
Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,
Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh» Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;
Məmmədli Yadigar Tarix oğlu, Demokratik Jurnalistlər Liqasının sədri;
Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı Jurnalistlər Liqasının sədri;
Eyvazov Elşad Səməndər oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
Əhmədov Xanoğlan Əlüseyn oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.

Kütləvi informasiya vasitələrindən:
 
 
Həsənov Həsən Zal oğlu, «Xalq qəzeti»nin baş redaktoru;
Oğuz Yunus İsaxan oğlu, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar» qəzetinin baş redaktoru;
Quliyev Bəhruz Vaqif oğlu, «Səs» qəzetinin baş redaktoru;
Mirzəbəyli Elçin Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;
Quliyev Aydın Alıqulu oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;
Vəliyev Akif Abduləzim oğlu, «Şərq» qəzetinin baş redaktoru;
Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin baş redaktoru;
Hüseynov İlqar Məmməd oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;
Seyidova Sevinc Məmməd qızı, «Həftə içi» qəzetinin baş redaktoru.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
XƏBƏR - -MƏTBUAT HƏYATI (+TV)
“Sağlam Ailə” Qızlar Seminariyasının qonağı oldu
Tarix: 23-8-2017 // saat: 23:44
Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 18:00 üçün)
Tarix: 23-8-2017 // saat: 22:54
Atmosfer havasında müşahidə olunan tozun miqdarı: saat 15:00 üçün
Tarix: 23-8-2017 // saat: 17:15
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti toz-dumanı ilə bağlı operativ iş rejiminə keçib
Tarix: 23-8-2017 // saat: 15:34
24 avqustda gözlənilən hava şəraiti
Tarix: 23-8-2017 // saat: 15:11
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
24.8.2017  12:59
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir + FOTO + VİDEO
24.8.2017  10:44
Elçin Mirzəbəyli : Moskvanın geosiyasi maraqlarında Ermənistan sadəcə bir vasitə və alətdir.
24.8.2017  02:22
“QARABAĞ” TARİXƏ DÜŞDÜ…
24.8.2017  00:19
Bakıda elit turizm təmsilçilərinin növbəti görüşü keçiriləcək + FOTO
24.8.2017  00:03
Qərb Universitetində Unibook – təhsilin informasiya sisteminin tətbiqinə başlandı + FOTO
23.8.2017  23:44
“Sağlam Ailə” Qızlar Seminariyasının qonağı oldu
23.8.2017  22:54
Atmosfer havasında müşahidə olunan tozun miqdarı (saat 18:00 üçün)
23.8.2017  21:29
Qeyri-adi yumurta VİDEO
23.8.2017  21:20
13 yaşlı uşaq zəhərli ilanı tutaraq yoldan kənara atdı VİDEO
23.8.2017  21:03
Hindistanda inəyin 5 ayaqlı balası olub VİDEO
23.8.2017  20:50
183 metr yüksəklikdə top ilə mükəmməl hərəkətlər VİDEO
23.8.2017  18:26
O, müasir və keçmiş hərb tariximizi çulğulaşdıran dəyərli tədqiqatçı ... Şəmistan Nəzirli -75
23.8.2017  17:56
Mübadilə Proqramı çərçivəsində 5 regionda 5 gəncin fəaliyyəti davam edir + FOTO
23.8.2017  17:15
Atmosfer havasında müşahidə olunan tozun miqdarı: saat 15:00 üçün
23.8.2017  16:51
Damlanın "Süper Aşık"ı 19-cu oldu
23.8.2017  16:40
Bəstəkar müğənni Arif Səlimovun yeni bəstəsi + VİDEO
23.8.2017  16:08
Bu gün Cəbrayıl və Füzuli rayonlarının işğal günüdür Sağ qalan bizlərinsə utanc günüdür...+ FOTO (AZpress.AZ – Maya Quliyeva, Qarabağ )
23.8.2017  15:46
ADAU-da John Deere pambıqyığan kombaynı istifadəçiləri üçün təlimlər keçirilir + FOTO
23.8.2017  15:40
Bank BTB ACS-dən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün KAMPANIYA
23.8.2017  15:34
Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti toz-dumanı ilə bağlı operativ iş rejiminə keçib
23.8.2017  15:11
24 avqustda gözlənilən hava şəraiti
23.8.2017  14:56
AMEA-da Belarus Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib + FOTO
23.8.2017  13:14
Gürcüstan Prezidenti Azərbaycana minnətdarlıq edib
23.8.2017  12:07
Ermənistan ordusunun iki zabiti ağır yaralanıb
23.8.2017  11:56
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən gəlib
23.8.2017  00:44
Orxan Bahadırsoy : Ömür duası
23.8.2017  00:40
Süd pəhrizi: həm arıqladır, həm də dişlərin ağarmasına yaxşı təsir göstərir
23.8.2017  00:12
DAHA BİR APREL ŞƏHİDİNİN HEKAYƏTİ : TANRI CABBARXANIN ARZULARINI EŞİTDİ + FOTO
22.8.2017  23:36
“My Production” istehsalı olan “Big Bubble əməliyyatı” adlı ilk uşaq macəra filminin təqdimatı olacaq + VİDEO
22.8.2017  22:35
Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Respublikasının səfiri Auqusto Massarini qəbul edib + FOTO
22.8.2017  22:27
Yüz ilin ən böyük günəş tutulması VİDEO
22.8.2017  22:22
23 avqustda gözlənilən hava şəraiti
22.8.2017  22:16
Yollarda baş vermiş qəribə hadisələr VİDEO
22.8.2017  21:05
İsveçrədə "böcəkburger" hazırlanıb VİDEO
22.8.2017  20:51
Maşınla toqquşan avtobus kanala düşdü VİDEO
22.8.2017  18:49
Müğənni Volkan Akçay azərbaycanlı musiqiçi Ruhin İsmayılovla işbirliyinə başlayıb + VİDEO
22.8.2017  18:01
Qırğızıstan portalı: Azərbaycan və Qazaxıstan arasındakı diplomatik əlaqələrin 25 illiyi haqqinda
22.8.2017  16:41
Məişət tullantılarının idarə olunmamasına görə bələdiyyə sədri cərimələnib + FOTO
22.8.2017  16:13
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir + FOTO
22.8.2017  15:45
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Zaqatala şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir
Arxivə keçid >>>
> AVQUST 2017
Mo Di Mi Do Fr Sa So
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Maya Quliyeva
»» Azər Həsrət
»» Fərqanə Qasımlı
»» Aida Eyvazova
»» Nail Əhmədov
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Bəhruz Məmmədov
»» Foto Məsləhətçi
»» Ağaddin Babayev ( Lənkəran )
»» Məzahir Süleymanzadə
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» ADU - Azərbaycan Dillər Universitetində
»» ATGTİ
»» PREZiDENT İLHAM ƏLİYEV
»» MEHRİBAN ƏLİYEVA
»» CƏNUB XƏBƏRLƏRİ
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
İCTİMAİ
XƏZƏR
AzTV
LİDER
MƏDƏNİYYƏT
Türk TV-ləri
SPACE
İDMAN
ANS
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15533
MƏTBUAT
http://sehm.az