Ordu təmsilçiləri 4-cü İslam Həmrəyliyi Oyunlarında yüksək kürsüyə layiq görülüblər - + FOTO

Ordu təmsilçiləri 4-cü İslam Həmrəyliyi Oyunlarında yüksək kürsüyə layiq görülüblər + FOTO

Dördüncü İslam Həmrəyliyi Oyunları çərçivəsində güləşin yunan-Roma üzrə növündə yarışlarda Ordu İdman Klubunun üzvləri yüksək nəticələr əldə ediblər.
Yunan-Roma güləşi üzrə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan leytenant Rafiq Hüseynov həlledici görüşdə İran idmançısı Yousif Qaderian ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən final görüşündə güləşçimiz 2-ci yerə layiq görülüb.
Yunan-Roma güləşi üzrə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan digər ordu təmsilçisi Murad Məmmədov isə üçüncü yer uğrunda görüşdə İordaniya təmsilçisi Mostafa Alqadenidən üstün olaraq bürünc medal qazanıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !