Prezident İlham Əliyev İslamiadada boks yarışlarının final görüşünə baxıb - + FOTO
XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir + FOTO + VİDEO
-İDMAN
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Prezident İlham Əliyev İslamiadada boks yarışlarının final görüşünə baxıb + FOTO
Tarix: 19-5-2017 // saat: 12:19   -İDMAN
PREZiDENT İLHAM ƏLİYEV
IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları mayın 18-də başa çatıb... 
IV İslam Həmrəyliyi Oyunlarının “Baku Crystal Hall”da keçirilən boks yarışları mayın 18-də başa çatıb.
 
Azərbaycan boksçuları İslamiadada 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
 
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri yarışların final görüşlərinə baxıblar.
 
İslamiadada boks üzrə Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yazdırıb. Həlledici görüşdə iraqlı Ammar Kərbəlayiyə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara türkmənistanlı Hursad İmankuliyev və Qazaxıstan təmsilçisi Sultan Zaurbəy layiq görülüblər.
 
Qalib idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
 
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
 
İslamiadada Azərbaycanın 55-ci qızıl medalını boks yarışlarında 91 kiloqram çəki dərəcəsində çıxış edən Teymur Məmmədov qazanıb. T.Məmmədov həlledici görüşdə türkiyəli Burak Akşinə 3:2 hesabı ilə qalib gəlib. Bu çəki dərəcəsində bürünc medallara suriyalı Eldin Alaa Qhoussoun və mərakeşli Abdelcalil Abuhamda layiq görülüblər.
 
Boks üzrə Azərbaycan millisinin aktivinə üçüncü qızıl medalı Məhəmmədrəsul Məcidov yazdırıb. Yarışlarda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin finalında idmançımız suriyalı Manaf Asaadı 4:1 hesabı ilə məğlub edib. Bu çəki dərəcəsində bürünc medallara mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş sahib olublar.
 
Yarışlarda 69 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Tamerlan Abdullayev gümüş medalla kifayətlənməli olub. İdmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturov ilə görüşdən məğlub ayrılıb. Bu çəki dərəcəsində qazaxıstanlı İlya Oçkin və Suriya təmsilçisi Ahmad Qhosson bürünc medallarla kifayətləniblər.
 
Olimpiya mükafatçımız Kamran Şahsuvarlı (75 kq) isə finalda qazaxıstanlı Tursunbay Kulahmet ilə rinqə çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə Kamran Şahsuvarlı məğlub olaraq ikinci yeri tutub. Bu çəki dərəcəsində bürünc medallara kamerunlu Vilfred Dieudonne Seyi Ntsenue və mərakeşli Youness Qarroumi sahib olublar.
 
Boks komandamızın aktivinə üçüncü gümüş medalı Rauf Rəhimov (81 kq) yazdırıb. Qızıl medal uğrunda görüşdə türkmənistanlı Arslanbek Açilov ilə üz-üzə gələn R.Rəhimov məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Misirli Abdelrahman Abdelqavvad və Türkiyə boksçusu Cem Karlıdağ bu yarışda bürünc medallara layiq görülüblər.
 
Azərbaycan boksçusu Tayfur Əliyev (56 kq) yarışları bürünc medalla başa çatdırıb.
 
Beləliklə, Azərbaycan boksçuları IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq İslamiadada komanda hesabında birinci yeri tutublar. 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - PREZiDENT İLHAM ƏLİYEV
Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda iştirak edib + FOTO
Tarix: 26-5-2017 // saat: 16:32
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamları
Tarix: 26-5-2017 // saat: 15:02
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tarix: 26-5-2017 // saat: 14:45
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib + FOTO
Tarix: 26-5-2017 // saat: 11:40
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamları
Tarix: 25-5-2017 // saat: 16:34
ARXİVƏ BAX »»
XƏBƏR - -İDMAN
“Bakı İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda dəyirmi masa keçirilir + FOTO ( AZpress.AZ - Ramin Qurbanov ) YENİLƏNDİ-2
Tarix: 27-5-2017 // saat: 23:59
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri IV İslam Həmrəylik Oyunlarında 34 medal qazandı
Tarix: 27-5-2017 // saat: 17:47
“ Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları “ gənc fotoqraf Elxan Qəniyevin gözü ilə + FOTO
Tarix: 26-5-2017 // saat: 13:20
«Breyn - rinq» intellektual oyunu кеçirilmişdir + FOTO
Tarix: 25-5-2017 // saat: 18:48
QHT ÜZVLƏRİ BAKI-2017 -DƏ + FOTO
Tarix: 25-5-2017 // saat: 16:39
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
30.5.2017  10:52
İrəvasız 99 il + FOTO
29.5.2017  22:28
Yeni doğulan körpə yerimək istədi VİDEO
29.5.2017  22:16
Totti doğma komandasından gözyaşları içində ayrıldı VİDEO
29.5.2017  22:10
Türk gənclər günəş enerjisi ilə işləyən avtomobil hazırlayıblar VİDEO
29.5.2017  22:03
İnsanın dediklərini təkrar edən qarğa VİDEO
29.5.2017  19:16
28 may-Respublika günü Göyçayda Dövlət Bayrağı meydanı istifadəyə verilib, üçrəngli bayrağımız ucaldılıb + FOTO
29.5.2017  18:42
Dərinin ikinci "Rənglərin sehirli toxumaları” solo incəsənət sərgisinə xoş gəlmisiniz!
29.5.2017  18:26
Cənub bölgəsində erkən nikahlar və insan alveri mövzusunda təlim kursları başa çatdı + FOTO
29.5.2017  18:22
“28 may- Respublika günü” nə həsr olunmuş tədbir keçirilmişdir. + FOTO ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
29.5.2017  18:21
«Sosial məsuliyyətli gələcək quraq» LAYİHƏSİ + FOTO
29.5.2017  18:10
Elçin Mirzəbəyli : Martirosyan MIRTıROS(Sİ)YAn çıxdı?
29.5.2017  17:21
Kiş çayı üzərində yeni körpünün inşası davam edir + FOTO + VİDEO
29.5.2017  17:08
“UNEC Ekspert”in xüsusi buraxılışı: “Strateji Yol Xəritələri” + FOTO
29.5.2017  16:56
Tərtərdə 28 May Respublika Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
29.5.2017  16:52
Elnur Rəsuloğlu (Əliyev) : Əliağa Kürçaylının lirik poemaları
29.5.2017  16:49
Ağcabədidə birincilər “Əlifba Bayramını” qeyd etdilər + FOTO ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )
29.5.2017  16:15
Milli Aviasiya Akademiyası və ADA Universiteti 28 May - Respublika Gününü birgə tədbirlə qeyd ediblər + FOTO
29.5.2017  16:09
Tbilisidə tanınmış jurnalist və ictimai xadim, Gürcüstanda yayımlanan radio verilişlərinin diktoru Ələddin Həsənovun xatirəsi anılıb
29.5.2017  15:57
Əflatun Amaşov 60 yaşlı jurnalisti təbrik etdi
29.5.2017  15:53
ELS layihəsini Bərdə və Ağdamda davam etdirib + FOTO
29.5.2017  15:49
Gənclər paytaxtı seçilən Balakəndə konsert proqramı keçirildi + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
29.5.2017  15:37
"İrəvan xanlığı" adlı səhnələşdirilmiş tarixi tamaşa göstərilib + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
29.5.2017  15:26
Fazil Mustafa : BİR DAHA DƏRSLƏRİN MÜDDƏTİ BARƏDƏ
29.5.2017  15:19
Rəsulzadənin kitabı yenidən nəşr olunub
29.5.2017  15:05
Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir + FOTO + VİDEO
29.5.2017  14:47
İngiltərəli foto müxbir cəbhə bölgəsində olub. ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ )
29.5.2017  13:54
28 may - Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədbirlər keçirilib + FOTO
29.5.2017  13:35
Azərbaycan Make up Artist və Saç Stilistləri Dünya birincisi oldu + FOTO
29.5.2017  13:30
Snayperlərin praktiki atış bacarıqları yoxlanılır
29.5.2017  11:58
Azərbaycanın Avropa Akkreditasiya Təşkilatında təmsil olunmasına razılıq əldə olunub
29.5.2017  11:52
“Голос музыки” – layihəsində MDB ölkələrinin və Azərbaycanın Gənclər Simfonik Orkestri ilə birgə konsert + FOTO ( AZpress.AZ - Minə Türksoy, Nəriman İsmayılov )
29.5.2017  10:54
Foto Məsləhətçi : Nikon 10-20mm DX Obyektiv tezliklə gələ bilər ( AZpress.AZ - Nail Əhmədov )
29.5.2017  10:43
Lənkəran Dövlət Universitetində açıq qapı günü və məzun yarmarkası keçirilib + FOTO (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)
29.5.2017  10:39
28 may – Respublika Günü ilə əlaqədar keçirilən rəsmi qəbulla bağlı + FOTO
28.5.2017  23:14
Qəzanın beləsini görməyibsiz VİDEO
28.5.2017  23:00
Rusiya, İŞİD karvanına etdiyi hücumun görüntülərini yaydı VİDEO
28.5.2017  22:53
Macəra filmi kimi əməliyyat VİDEO
28.5.2017  20:45
Hər kəs üçün maraqlı olan sehrbazlıq hiylələri VİDEO
28.5.2017  11:55
Elçin ƏHMƏDOV Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik parlamentli respublika
28.5.2017  01:06
Hərb Tarixi Muzeyində "Azərbaycan Xalq Cümhuriyyəti – 99" adlı tədbir keçirilib.
Arxivə keçid >>>
> MAY 2017
Mo Di Mi Do Fr Sa So
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Maya Quliyeva
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Dilavər Nəcəfov
»» Minə Türksoy
»» Nəriman İsmayılov
»» Foto Məsləhətçi
»» Ağaddin Babayev ( Lənkəran )
»» Ramin Qurbanov
»» Pərviz Qulu oğlu
»» Rüstəm İsmayılov
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» MEHRİBAN ƏLİYEVA
»» ADU - Azərbaycan Dillər Universitetində
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» PREZiDENT İLHAM ƏLİYEV
»» Gənclər üçün Təhsil Mərkəzi
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
XƏZƏR
İCTİMAİ
LİDER
İDMAN
SPACE
ANS
Türk TV-ləri
AzTV
MƏDƏNİYYƏT
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15319
MƏTBUAT
http://sehm.az