Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu - + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu + FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov )

15 may tarixində Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binasında baş tutub. Məlumat turunda Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Məlumat turu zamanı iştirakçılar Fondun inzibati binası və muzey ilə tanış olmuş və Fondun fəaliyyəti haqqında məlumat əldə ediblər. Neft Fondunun fəaliyyəti haqqında edilən təqdimat vasitəsi ilə iştirakçılar Fondun missiyası, məqsədləri, strukturu, fəaliyyət mexanizmi, investisiya siyasəti, maliyyələşdirdiyi layihələr, Azərbaycan iqtisadiyyatında rolu və eləcə də şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlər haqqında məlumat əldə ediblər. Eyni zamanda, tur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!