Narkomaniyanın acı fəsadlarına həsr olunmuş maarifləndirici tədbir - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Narkomaniyanın acı fəsadlarına həsr olunmuş maarifləndirici tədbir + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Yayım” Assosasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Lənkəran şəhər 1 saylı tam orta məktəbində baş tutub. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nəzakət Abdullayeva açaraq narkomaniyanın insanları ölümə məhkum edən və genefonda sarsıdıcı zərbə vuran bəla olduğunu, məktəblilərin, o cümlədən qızların sağlam həyat tərzi keçirmələri üçün maarifləndirici tədbirlərə daim ehtiyac duyulduğunu bildirib.
“Yayım” Assosasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov rəhbəri olduğu layihənin məqsəd və vəzifələrindən danışaraq, münaqişə və müharibələrin narkomaniyanın və digər problemlərin daha geniş yayılmasına şərait yaratdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan 1988-ci ildə münaqişəyə cəlb ediləndən sonra narkomaniya geniş yayılmağa başlasa da, ulu öndər Heydər Əliyevin atdığı addımlar, 1996-cı ildən başlayaraq qəbul edilən proqramlar, qanunlar, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahədə mübarizədə ciddi uğurlar əldə edilməsini sürətləndirib. Narkomaniya tək bir ölkənin deyil, bəşəriyyətin problemidir. Səhiyyə müəssisələri, təhsil və idman təşkilatları, QHT-lərin birgə fəaliyyəti bu problemin qarşısını almağa qadirdir.
Son illər narkotiklərin yayılma coğrafiyasının və əhatə etdiyi kontingentin xeyli genişləndiyini, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayıının əvvəlki dövrlərlə müqayisədə artdığını söyləyən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağamir Cavad çıxışı zamanı bu dəhşətli bəla ilə mübarizədə hamılıqla iştirak etməyin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, genefondumuza ağır zərbə vuran narkomaniya nəinki dövlət qurumlarını, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir.
Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundov isə çıxışında “Yayım” Assosasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, narkomaniya ilə mübarizənin tutduğu vəzifədən və statusundan asılı olmayaraq hər kəsin işinə çevrilməli olduğunu vacib sayıb: “Narkomaniya məişət zorakılığının, cinayətlərin artmasına və genefondun zəifləməsinə gətirib çıxarır. Elə bu səbəbdən sağlam həyat tərzi ilə bağlı bu cür maarifləndirmə tədbirlərinin aparılması çox vacibdir”.
Tədbirin sonunda narkomaniyanın acı fəsadlarından bəhs edən “Ölümünü sifariş edənlər” sənədli filminə baxış olub.


Ağaddin BABAYEV,
Lənkəran.



***



İctimai Birlik Lənkəranda maarifləndirici tədbir keçirilib

 


Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Yayım” Assosasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir Lənkəran şəhər 1 saylı tam orta məktəbində baş tutub. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nəzakət Abdullayeva açaraq narkomaniyanın insanları ölümə məhkum edən və genefonda sarsıdıcı zərbə vuran bəla olduğunu, məktəblilərin, o cümlədən qızların sağlam həyat tərzi keçirmələri üçün maarifləndirici tədbirlərə daim ehtiyac duyulduğunu bildirib.
“Yayım” Assosasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov rəhbəri olduğu layihənin məqsəd və vəzifələrindən danışaraq, münaqişə və müharibələrin narkomaniyanın və digər problemlərin daha geniş yayılmasına şərait yaratdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan 1988-ci ildə münaqişəyə cəlb ediləndən sonra narkomaniya geniş yayılmağa başlasa da, ulu öndər Heydər Əliyevin atdığı addımlar, 1996-cı ildən başlayaraq qəbul edilən proqramlar, qanunlar, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahədə mübarizədə ciddi uğurlar əldə edilməsini şərtləndirib. Narkomaniya tək bir ölkənin deyil, bəşəriyyətin problemidir. Səhiyyə müəssisələri, təhsil və idman təşkilatları, QHT-lərin birgə fəaliyyəti bu problemin qarşısını almağa qadirdir.
Son illər narkotiklərin yayılma coğrafiyasının və əhatə etdiyi kontingentin xeyli genişləndiyini, narkomaniya bəlasına düçar olanlar arasında uşaqların, qadınların sayıının əvvəlki dövrlərlə müqayisədə artdığını söyləyən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağamir Cavad çıxışı zamanı bu dəhşətli bəla ilə mübarizədə hamılıqla iştirak etməyin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, genefondumuza ağır zərbə vuran narkomaniya nəinki dövlət qurumlarını, ictimai təşkilatları, ümumən cəmiyyəti narahat etməlidir.
Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Cəmil Axundov isə çıxışında “Yayım” Assosasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, narkomaniya ilə mübarizənin tutduğu vəzifədən və statusundan asılı olmayaraq hər kəsin işinə çevrilməli olduğunu vacib sayıb: “Narkomaniya məişət zorakılığının, cinayətlərin artmasına və genefondun zəifləməsinə gətirib çıxarır. Elə bu səbəbdən sağlam həyat tərzi ilə bağlı bu cür maarifləndirmə tədbirlərinin aparılması çox vacibdir”.
Tədbirin sonunda narkomaniyanın acı fəsadlarından bəhs edən “Ölümünü sifariş edənlər” sənədli filminə baxış olub.


Ağaddin BABAYEV
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !