Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsi keçirilib - + FOTO
XƏBƏR SAYTI
AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
Axtar
Axtar
Youtube Twiter facebook Instagram Home E-mail
AZE
ENG
RUS
AzpressTV

Firidun İbrahiminin həyat və mübarizə yoluna həsr olunmuş “Qartal ömrü” mövzusunda dəyirmi masa keçirilir + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )
AKTUAL
Facebook Twitter Google Myspace
SİFARİŞİNİZİ VERİN...
Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsi keçirilib + FOTO
Tarix: 17-5-2017 // saat: 11:08   AKTUAL
MEHRİBAN ƏLİYEVA
 Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram ...
 Mənbə 1
Mayın 16-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xatirə gecəsində iştirak edib.
 
Xalq Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazaraq, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək xasiyyətlərini oxucuya çatdırıb. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərib. Hamının sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari müəllifi də Maqsud İbrahimbəyov olub.
 
Xatirə gecəsi yazıçının sevdiyi bəstəkar Tomaso Albinoninin “Adajio” əsəri ilə başlayıb. “Maqsud hamıya gülümsəyir” adlı gecədə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski zalda Maqsud İbrahimbəyovun doğmalarının, dostlarının, onun istedadının pərəstişkarlarının toplaşdığını deyərək, yazıçının hər zaman sevdiyi insanlara öz təkrarsız gülüşünü bəxş etdiyini bildirib. O, Prezident İlham Əliyevin yazıçının 70 illik yubileyində Maqsud İbrahimbəyov haqda dediyi “Sənətkarı həyatda ikən qiymətləndirmək lazımdır” sözlərini xatırlayıb.
 
 
Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun xatirəsinə hörmətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək deyib:
 
- Əziz dostlar, sağ olun ki, Maqsudu yad etmək üçün buraya gəlmisiniz. Mayın 11-də onun ad günü idi. Sağ olun ki, siz də bu gün gəlmisiniz. Mehriban xanım, mən Sizə və cənab Prezidentə Maqsuda və onun xatirəsinə bəslədiyiniz səmimi münasibətə görə çox minnətdaram. Sağ olun ki, bu gün bizimləsiniz. Hər bir məsələdə iştirakınıza və dəstəyinizə görə sağ olun. Çox sağ olun.
 
XXX
 
Yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxışına Yuri Levitanskinin “Kajdıy vıbirayet dlya sebya” şeirindən misralarla başlayıb. Diqqətə çatdırıb ki, Maqsud İbrahimbəyovu üç sözlə xarakterizə etmək olar: Bu, şərəf, ləyaqət və seçimində səhvsizlikdir. “Maqsud İbrahimbəyovun başlıca silahı söz idi. O, söz duelində qeyri-adi dərəcədə zərif idi, eyni zamanda, söz döyüşündə alınmaz sədd idi”, - deyən Mixail Qusman bildirib ki, yazıçı sözün qüdrətinə, sözün hər şeyə qalib gələcəyinə inanırdı və o, tam haqlı idi. Çünki söz çox insanları xilas edib.
 
Xatirə gecəsində yazıçının əsərlərindən parçalar təqdim olunub, Maqsud İbrahimbəyovun dostları, doğma Bakı, sevdiyi insanlar haqqında fikirləri səslənib.
 
Sonra Maqsud İbrahimbəyovun həmkarlarının və yaxın dostlarının müsahibələrinin yer aldığı sənədli film nümayiş etdirilib.
 
1935-ci il mayın 11-də Bakıda anadan olan Maqsud İbrahimbəyov gənc yaşlarından istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib. Onun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri var. Maqsud İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun yaradıcılığında əksini tapan Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritli təsviri təqdirəlayiqdir. Film “Maqsud İbrahimbəyov kimi yazıçılar dünyalarını dəyişmirlər. Onların həyatında təkcə bir tarix var: dünyaya gəldikləri tarix” sözləri ilə yekunlaşır.
 
Hörmətli oxucu, MƏQALƏYƏ MÜNASİBƏTİNİ YAZ : *
Sayı : (0)
Adınız
E-poçt ünvanınız
Rəy əlavə et
Cod
* (Hörmətli OXUCU!
1. Təqdim olunan materiala münasibətinizi əks etdirən qeyd və məqaləni aşağıdakı foruma daxil olmaqla yerləşdirə bilərsiniz.
2. Daha geniş material yerləşdirmək fikriniz varsa, AzPRESS-Blogsadaxil olub, blogs-səhifənizi açin ve müntəzəm olaraq çıxışlarınızı, fotoreportajlarınızı təqdim edin ... )
TƏŞKİLATLAR - MEHRİBAN ƏLİYEVA
Futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub + FOTO
Tarix: 22-5-2017 // saat: 14:04
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri İslamiada çərçivəsində qadın güləşçilərin mübarizəsini izləyiblər + FOTO
Tarix: 22-5-2017 // saat: 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri İslamiada çərçivəsində sərbəst güləş yarışlarının final qarşılaşmalarını izləyiblər + FOTO
Tarix: 20-5-2017 // saat: 13:49
Xalq Yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Bakıda xatirə gecəsi keçirilib + FOTO
Tarix: 17-5-2017 // saat: 11:08
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın qalibi olan bədii gimnastika üzrə milli komandamızın üzvlərinə qızıl medalları təqdim edib + FOTO
Tarix: 15-5-2017 // saat: 16:40
ARXİVƏ BAX »»
XƏBƏR - AKTUAL
Fazil Mustafa : Dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir ...
Tarix: 24-5-2017 // saat: 20:03
Əflatun AMAŞOV : Vüqar Rəhimzadə olmaq
Tarix: 24-5-2017 // saat: 17:38
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvətilə Rusiya ali məktəblərində təhsil alan bir qrup tələbə Azərbaycanda səfərdədir + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
Tarix: 24-5-2017 // saat: 14:25
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə iştirak edib + FOTO
Tarix: 24-5-2017 // saat: 11:33
Əliş Əvəz : MƏN DƏYİŞMƏDİM
Tarix: 23-5-2017 // saat: 20:11
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
 
 
SON XƏBƏRLƏR
25.5.2017  12:50
Sinan Akçıl repertuarına azərbaycanlı bəstəkar Rəsan Mehrəliyevin mahnısını daxil edib + FOTO + VİDEO
25.5.2017  12:47
Milli Şuranın nümayəndəsi Avropa Gənclər Forumunun Davamlı İnkişaf Şəbəkəsinin üzvü seçilib + FOTO
25.5.2017  12:43
Suqovuşanda ekoloji aksiya təşkil edilib + FOTO
25.5.2017  12:31
ADGTT-da bu həftə 8 tamaşa nümayiş ediləcək... + FOTO
25.5.2017  12:19
“Bakı İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda dəyirmi masa keçirilir + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )
25.5.2017  12:10
Çingiz Mustafayev və “Palmas”dan daha bir yenilik + VİDEO
25.5.2017  11:57
"Azərbaycan Ordusu" qəzeti - 24.05.2017-ci il №39 (2156)
25.5.2017  11:44
Rusiya ali məktəblərində təhsil alan bir qrup tələbə İntiqam Babayevlə görüşüblər + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
25.5.2017  11:31
Qubada narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə tədbirləri keçirilir + FOTO
25.5.2017  10:39
Ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahov: “DİŞ İMPLANTI XƏRÇƏNG YARATMIR” + FOTO
24.5.2017  21:57
Qadın müəllimlərin davası kamerada VİDEO
24.5.2017  21:32
Bu qadın nəhəng kərtənkələ ilə bir evdə yaşayır VİDEO
24.5.2017  21:25
Meksikada dəhşətli yol qəzası VİDEO
24.5.2017  21:21
Yük maşını quyuya yuvarlandı VİDEO
24.5.2017  20:14
Nicat Hüseyn Dağlar : "HАДОЕЛО!"
24.5.2017  20:03
Fazil Mustafa : Dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir ...
24.5.2017  19:31
Şirin xanım Kərimbəyli Şadiman : KİMƏ SÖYLƏYİM
24.5.2017  19:12
AzTU Rusiyanın 4 universiteti ilə yeni əməkdaşlığa başladı + FOTO
24.5.2017  19:07
“Türk dünyasının ortaq dili - naxışlar” simpoziumun açılış mərasimi keçirildi + FOTO
24.5.2017  19:02
Bakıda beş ölkənin mədəniyyət günləri keçirilib + FOTO
24.5.2017  18:39
Əbülfət MƏDƏTOĞLU : MONQOL SƏFİRİNƏ MƏKTUB
24.5.2017  18:10
Vüsal Bağırlı : Qəribə adam (hekayə)
24.5.2017  17:54
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilmişdir + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
24.5.2017  17:38
Əflatun AMAŞOV : Vüqar Rəhimzadə olmaq
24.5.2017  17:21
IV İslam Həmrəyliyi Oyunları - Uşu Sanda + FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )
24.5.2017  17:14
Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin “Musiqi-rəng-rəqs” adlı Hesabat- yekun konserti + FOTO
24.5.2017  16:42
Hakimiyyət Rusiyaya qarşı hərəkətə keçdi - sərt cavab + FOTO
24.5.2017  16:33
Qərb Universitetində Britaniya film festivalı başlayır
24.5.2017  16:32
ADMİU-da “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktiki konfrans keçirilib + FOTO
24.5.2017  16:10
Insan Hüquqları və Maarifçilik İctimai Birliyi Qubada ictimai müzakirə keçirib + FOTO
24.5.2017  15:34
“Королевская корова” Bakını tərk etdi
24.5.2017  15:07
Avropa Jurnalistlər Federasiyasının illik toplantısı keçirilib + FOTO
24.5.2017  14:49
Müğənni Aytac Vidadiqızı klipini təqdim etdi + VİDEO
24.5.2017  14:25
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvətilə Rusiya ali məktəblərində təhsil alan bir qrup tələbə Azərbaycanda səfərdədir + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
24.5.2017  14:24
“Yurd” Qusarda ən güclü intellekləri müəyyən edib + FOTO
24.5.2017  14:15
İslam Həmrəyliyi Oyunlarının yekunları ilə bağlı mətbuat konfransı keçirildi + FOTO ( AZpress.AZ - Dilavər Nəcəfov )
24.5.2017  13:33
Tarix Diyarşünaslıq Muzeyinə Gəzinti + FOTO
24.5.2017  13:33
Tarix İnstitutu: Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək
24.5.2017  12:58
Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilir + FOTO
24.5.2017  12:41
QHT "İkinci nəfəs" layihəsini icra edir
Arxivə keçid >>>
> MAY 2017
Mo Di Mi Do Fr Sa So
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4
MÜƏLLİFLƏRİMİZ (son 10-luq)
»» Ramin Qurbanov
»» Dilavər Nəcəfov
»» Şirinxanım Kərimbəyli Şadiman
»» Əbülfət MƏDƏTOĞLU
»» Nəriman İsmayılov
»» Ağaddin Babayev ( Lənkəran )
»» Orxan Bahadırsoy
»» İxtiyar Hüseynli
»» MAİS İbrahimov (AĞCABƏDİ)
»» Maya Quliyeva
Müəlliflər ( ARXİV )
MÜƏLLİFLƏRİMİZ : TƏŞKİLAT-QURUMLAR (son 5-lik)
»» Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)
»» PREZiDENT İLHAM ƏLİYEV
»» MEHRİBAN ƏLİYEVA
»» ADU - Azərbaycan Dillər Universitetində
»» Gənclər üçün Təhsil Mərkəzi
Təşkilatlar ( ARXİV )
Sorğular:
Sevimli TELEVİZİYA kanalına SƏS VER...
Rus TV-ləri
ATV
XƏZƏR
İCTİMAİ
LİDER
İDMAN
SPACE
ANS
MƏDƏNİYYƏT
Türk TV-ləri
AzTV
TV -yə BAXMIRAM
Avropa TV kanallar
yerli rayon və şəhər TV kanalı
Amerika TV kanallar
Asiya TV kanallar
Ümumi səslər : 15302
MƏTBUAT
http://sehm.az