Məzahir baba: "Məryəm Qobustanda"

Məryəm böyüdükcə maraq dairəsi genişlənir, babasına verdiyi sualların da məzmunu dəyişir. Babası da Məryəmin və Mədinənin əlindən tutub muzeyləri gəzdirir, qədim əşyaları göstərir, xalqımızın tarixi haqqında məlumat verir. Şəkidə, Şamaxıda, Qəbələdə, Bakıda gördükləri qədim əşyalar Məryəmi çox maraqlandırır.
Mehriban bacıların növbəti səfəri qədim yaşayış məskəni Qobustana idi. Məryəmgil üzərində şəkillər çəkilmiş qayalara maraqla baxdılar. Qobustan Qoruq Muzeyindəki eksponatlar da bacıların xoşuna gəldi. Onlar qədim insanların yaşayış tərzi, məşğuliyyəti, ov silahları, məişət alətləri ilə tanış oldular, mağaraya baxdılar. Səyahət Məryəmgilin ürəyincə olmuşdu. Məzahir babanı isə çoxlu sual gözləyirdi...

 


Məzahir Süleymanzadə