Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib - + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib + FOTO ( AZpress.AZ - Ramin Qurbanov )

Azərbaycanda səfərdə olan İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.



Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəhbəri Çəməng Ali Abdullahın başçılığı ilə nümayənə heyəti iştirak ediblər.



Baş İdarənin rəisi Raqif Abbasov qonaqları salamlayaraq Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər barədə danışmış və bu sahədəki bütün uğurların əsasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsi olduğunu vurğulamışdır. Ölkəmizin bu gün dünyanın idman mərkəzlərindən birinə çevrildiyini və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdiyini qeyd etmişdir.



Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəhbəri Çəməng Ali Abdullah öz növbəsində qonaqpərvərliyə və xoş qarşılanmaya görə Raqif Abbasova təşəkkürünü bildirmiş və Bakı və Qərbi Azərbaycan əyaləti arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da mohkəmlənəcəyinə inandığını qeyd etmişdir. Qonaqlar dünən axşam IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən böyük zövq aldıqlarını və belə mötəbər bir tədbirdə iştirak etməkdən fərəh hissi keçirdiklərini bildirmişlər.



Görüşün sonunda qonaqlara milli atributlarımızı əks etdirən qiymətli hədiyyələr təqdim edilmişdir.



Nümayəndə heyəti may ayının 15-də paytaxtımızı tərk edəcəkdir.





!
© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !