Firuz Mustafanın 30 cildlik əsərləri külliyyatının yenicə çapdan çıxmış 2-ci cildinin təqdimat mərasimi və imza günü keçirildi - + FOTO

Firuz Mustafanın 30 cildlik əsərləri külliyyatının yenicə çapdan çıxmış 2-ci cildinin təqdimat mərasimi və imza günü keçirildi + FOTO

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış yazıçı-filosof Firuz Mustafanın 30 cildlik əsərləri külliyyatının yenicə çapdan çıxmış 2-ci cildinin təqdimat mərasimi və imza günü keçirildi. Mərasimin aparıcısı, yazıçı-publisist Məzahir Süleymanzadə qeyd etdi ki, yeni kitaba müəllifin üç povesti daxil edilib. Firuz Mustafa "Dünyanın rəngi" povestini 1978-1979-cu illərdə, "Dəniz köçü" povestini ötən əsrin 90-cı illərində, "Payız süvarisi" kinopovestini isə 2010-cu ildə qələmə alıb. Hər üç əsər ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Mərasim iştirakçılarından Qulu Ağsəs, Əli Nur, Elçin Hüseynbəyli, Hafiz Rüstəm, İlham Qazaxlı, Rafiq Mehdiyev, Yağmur Xəzan, Vaqif Əliyev (İsrail), Ramiz Mövsüm, Təvəkkül Göruslu, Esmira Şükürova, İlqar Türkoğlu, Zakir Qasımov, Leyla, Akif Azalp (Özbəkistan), Tahir Şirvanlı, Məsaim Abdullayev, Elşən Əliyev, Göyərçin Kərimi və başqaları çıxış edərək Firuz Mustafanın geniş, çoxşaxəli elmi və ədəbi fəaliyyətindən danışdılar. Firuz Mustafa xoş sözlərə görə mərasimə toplaşanlara minnətdarlığını bildirdi, oxucuların suallarına cavab verdi.


Məzahir Süleymanzadə 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !