Lənkəranda maarifləndirici tədbir keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda maarifləndirici tədbir keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda “Cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib


Mayın 11-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Yayım” Assosasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseyinin akt zalında “Cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Əsgərova narkomaniya ilə mübarizənin və onun profilaktikasının vacib məsələlərdən olduğunu bildirərək, şagirdlərin formalaşması, sağlam mühitdə böyüməsində bu cür maarifləndirici tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Direktorun sözlərinə görə, rəhbərlik etdiyi ümumtəhsil müəssisəsində narkomaniya ilə mübarizə sahəsində tez-tez ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, kitab müzakirələri, ədəbi disputlar keçirilir. Həmçinin ildə bir neçə dəfə şagirdlərin iştirakı ilə “Hamılıqla narkomaniyaya yox deyək!” şüarı altında yürüşlər təşkil olunur.
Daha sonra “Yayım” Assosasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov rəhbəri olduğu layihənin məqsəd və vəzifələrindən danışıb. Onun sözlərinə görə, narkomaniya elə ağrılı, eyni zamanda genefondumuza sarsıdıcı zərbə vuran bəladır ki, onunla təkcə dövlət və qeyri-hökumət təşkilatları deyil, bütün ictimaiyyət hamılıqla mübarizə aparmalıdır. Y.Zeynalov bildirib ki, narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib:” Bizim layihə də məhz dövlətin çağırışına səs verməklə məktəbliləri zərərli vərdişlərdən çəkindirməyə xidmət edir”.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin əməkdaşı Aqil Əhmədov çıxışında “Yayım” Assosasiyası İctimai Birliyinin təşəbbüsünü alqışlayaraq, bölgələrdə bu cür tədbirlərin keçirilməsində əsas məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa səsləmək, onları bu sahədə maarifləndirməkdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının qarşısı qətiyyətlə alınmalıdır.
Tədbirin sonunda narkomaniyadan əzab çəkən insanların faciəli həyatından bəhs edən sənədli film nümayiş etdirilib.

 


Ağaddin BABAYEV,
Lənkəran.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !