Məzahir Süleymanzadə : - "Qəbirüstü yazı"

Məzahir Süleymanzadə : "Qəbirüstü yazı"

İsti ana nəfəsi, isti qucaq istərəm,
Bir bax körpə qəlbimdəki yaraya...
Odlu baxış, yanar ocaq istərəm,
Ana, məni qoyub getdin haraya?

 

Mən göz açdım, sən göz yumdun həyata,
Biçdirdiyin hansı donu geyim mən?
Bir ananı əvəz etməz yüz ata,
Səndən sonra kimə "ana" deyim mən?

 

Səsimi eşitmədin, gözlərimi silmədin,
Nə olar, bircə dəfə körpə qəlbimi dinlə...
Bircə günlük ömrümdə nələr çəkdim, bilmədin,
Qoyma göz yaşı töküm, apar məni özünlə!..

 

"Yeddi Gümbəz"...Ana-bala qucaqlaşıb,
Tək məzardan Şamaxıya baxırlar...
Qurumuşam, yaş qalmayıb gözlərimdə,
Qırx ildir ki, onlar məni yandırırlar, yaxırlar...

 


Məzahir Süleymanzadə 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !