Yüzlərlə obraza can verən Növrəstə xanım xarakterik aktirisadır + FOTO

Prezident İlham Əliyev 1 may 2017 ci il tarixdə səhnə fəailiyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Fəxr edirik ki, bu siyahıda teatrımızın əməkdaşı, əməkdar artist Növrəstə Həşimovanın da adı var.

 

Azərbaycan Dövlət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən Növrəstə Həşimova 1973-cü ildən səhnə fəaliyyətinə başlayıb. Yüzlərlə obraza can verən Növrəstə xanım xarakterik aktirisadır. Çevikliyi, səhnə plastikası, musiqi duyumu yaratdığı obrazların ritm ahənginə öz təsirini göstərir. Növrəstə Həşimova üçün “rolun böyüyü, kiçiyi yoxdur” deyimi fəaliyyət devizidir.

 

Epizodik rollarda belə Növrəstə Həşimovanın əlavə etdiyi çaları, zəngin cizgiləri görmək olar. Növrəstə Həşimova 28 oktyabr 200-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. Biz də kollekivimiz adından Növrəstə xanımı təbrik edir yeni səhnə uğurları arzulayırıq.

 

Təbəssümünüzü heç zaman əsgilməsin.