Lənkəranda maarifləndirici tədbir keçirilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda maarifləndirici tədbir keçirilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Mayın 5-də Lənkəran şəhər 6 saylı tam orta məktəbinin akt zalında maarifləndirici tədbir keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Yayım” Assosasiyası İctimai Birliyinin həyata keçirdiyi “Cənub bölgəsində gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasına dair tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşan tədbiri giriş sözü ilə məktəbin direktoru Akif Xalıqov açıb. Narkomaniya ilə mübarizənin və onun profilaktikasının vacib məsələlərdən olmaqla yanaşı bu gün şagirdlərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biri olduğunu bildirən məktəb direktoru rəhbərlik etdiyi ümumtəhsil müəssisəsində narkomaniya ilə mübarizəyə dair görülən profilaktiki işlərdən söz açıb. Məktəbdə işləyən psixoloq və müəllimlərin mütəmadi olaraq uşaqlar arasında apardığı izahat işlərini müsbət dəyərləndirən A.Xalıqov şagirdlərlərlə inşa yazı işlərinin, rəsm müsabiqələrinin, səhnəciklərin, narkomanlıqla əlaqədar digər mövzularda mütəmadi olaraq tədbirlərin keçirildiyini qeyd edib.
Daha sonra “Yayım” Assosasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov rəhbəri olduğu layihənin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, narkomaniyaya qarşı mübarizədə dövlətimiz tərəfindən mühüm addımlar atıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində təsirli tədbirlər həyata keçirilib. Azyaşlı uşaqların zərərli vərdişlərin təsiri altına daha tez düşdüyünü vurğulayan layihə rəhbəri dövlət və qeyri hökümət təşkilatları tərəfindən bu istiqamətdə müntəzəm profilaktiki işlərin birgə aparılmasının vacibliyindən danışıb. Y.Zeynalov çıxışının sonunda layihə çərçivəsində bundan sonra Lənkəran şəhərinin daha üç ümumtəhsil məktbində bu mövzuda maarifləndirici tədbirin keçiriləcəyini söyləyib.
Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev də çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan danışaraq, məktəbli gəncləri zərərli vərdişlərlən uzaq olmağa çağırıb. Antinarkotik təbliğatın, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığım yayılmasının qarşısının alınmasının, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılmasının, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da gücləndirilməsinin və cəza tədbirlərinin səmərəliliyinin mütləq surətdə öz bəhrəsini verəcəyini qeyd edən V.Əliyev narkomaniya ilə mübarizə və onun profilaktikasının vacib məsələlərdən olduğunu bildirib.
Tədbirdə həmçinin məktəbin müəllimi Zamin Baxşıyev çıxış edərək narkomaniyanın törətdiyi fəsadlardan danışıb.
Tədbir zamanı məktəbin şagirdləri narkomaniya mövzusunda çəkdikləri rəsm əsərlərini təqdim ediblər.
Sonda narkomaniyanın fəsadları və acı nəticələrindən bəhs edən sənədli film nümayiş etdirilib.


Ağaddin BABAYEV,
Lənkəran.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !